Nazir yeni rəis TƏYİN ETDİ

alfonsonri

Daxili işlər orqanında kadr dəyişikliyi olub. Dogrusoztv.az xəbər verir ki oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Ənvər Həsənov Bərdə Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.  O, bundan əvvəl Ağcabədi Rayon Polis Şöbəsinin rəisi vəzifəsini icra edirdi. 

Bakıda müəllim vəfat etdi

alfonsonri

Bakının Nərimanov rayonunda yerləşən Məktəb-Lisey Kompleksinin müəllimi Tərəqqi Məsumə Qurban qızı vəfat edib. Bu barədə məktəb-lisey özü məlumat yayıb. Bildirilib ki, o, uzun sürən ürək xəstəliyindən dünyasını dəyişib. Qeyd edək ki, Məsumə Tərəqqi sözügedən təhsil ocağında ingilis dili fənnini tədris edib.

Bu gün bütün orta məktəblərin IV siniflərində monitorinq keçiriləcək

alfonsonri

Bu gün Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Monitorinqin əsas məqsədləri şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması […]

Azərbaycanda vəzifəli şəxs 341 min manatlıq dələduzluq ittihamı ilə həbs edilib

alfonsonri

Azərbaycan Sambo və Kikboksinq federasiyalarının sabiq vitse-prezidenti həbs edilib. Trend-in məlumatına görə, peşəkar idmançı Səbuhi Vaqif oğlu (Səbuhi Rəcəb) 341 min manatlıq dələduzluqda ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında ittiham olunan şəxsin anket […]

“Prius” sahiblərinə ŞAD XƏBƏR: Kiçik mühərrikli avtomobilləri sığortalamayan şirkətlər CƏZALANDIRILACAQ

alfonsonri

Kiçik mühərrikli avtomobillərin icbari sığortasından imtina edən sığorta şirkətləri cəzalandırılacaq. Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq tənzimləyici orqan olan Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumatda deyilir ki, Mülki Məcəllənin 907.2-ci və “İcbari sığortalar haqqında” Qanunun 23.3-cü maddələrinə əsasən, icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət […]

DTX və DSX əməliyyat keçirdi – Saxlanılanlar var

alfonsonri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətləri tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində birgə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.Bu barədə DTX mətbuat xidməti məlumat yayıb.Məlumata görə, İran İslam Respublikasının vətəndaşlarının da daxil olduğu qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul […]

“General məni canımdan bezdirib” – Polkovnik (FOTO)

alfonsonri

Ehtiyatda olan polkovnik, Vətən Müharibəsi iştirakçısı Rəşad Həsənov Müdafiə Nazirliyinin Mənzil Komissiyasının sədri general-mayor Rasim Babayevdən şikayətçidir. Bu barədə “Unikal”a danışan Rəşad Həsənov bildirib ki, evi yararsız vəziyyətdə olduğu üçün illərdir müraciət etməsinə baxmayaraq, hələ də şikayətinə baxılmır. Vətən Müharibəsində baş və kürək nahiyələrindən xəsarət aldığını bildirən polkovnik hazırda Astara […]

“Formula-1” Ağdamda keçirilsin – TƏKLİF

alfonsonri

Qarabağın, işğaldan azad edilən torpaqlarımızın canlanması, iqtisadiyyata qazandırılması, əhalinin ora köçməsinin stimullaşdırılması üçün kreativ qərarlara ehtiyac var. Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, ənənəvi büdcə hesabına bərpa modeli effekt verməyəcək, iqtisadi canlanma yaratmayacaq: “Ancaq büdcə hesabına iqtisadi fürsətlər yaratmaq mümkün olsaydı, ölkənin digər rayonlarında da son 30 […]

“Ukraynaya hər sahədə dəstəyimizi davam etdirəcəyik” – Çavuşoğlu

alfonsonri

“Strateji tərəfdaşlarımız Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və suverenliyini güclü şəkildə dəstəkləyirik”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə brifinqdə söyləyib. “Ukraynaya hər sahədə dəstəyimizi davam etdirəcəyimizi bir daha vurğulamaq istəyirəm”, – XİN başçısı qeyd edib.

Prezident və xanımı “Şərq Bazarı”nda – Foto

alfonsonri

Bakıda “Şərq Bazarı” kompleksi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurması işləri icra olunarkən bir sıra nüanslara xüsusi diqqət yetirilib. Bərpa zamanı […]