Od tutub yanan bazar: Qiymətlər niyə yüksəkdir?

alfonsonri

“Bakıda kənd təsərrüfatı məhsullarının bazara çıxışını Bakı Şəhər İcra Hakimiyyəti təşkil etməlidir”.  Bunu Qaynarinfo-ya iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. O bildirib ki, bunun üçün BŞİH kəndlərdə və şəhərdə reklam işlərini elə aparmalıdır ki, kəndlinin həmin bazara marağı yaransın: “Qurum kəndlərə müraciət etməlidir ki, biz sizin istehsal etdiyiniz məhsulun satışını təşkil […]

Daha 3 istiqamət üzrə “biletim.az”dan onlayn bilet almaq mümkün oldu

alfonsonri

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına daha 3 məntəqə əlavə edilib. “Unikal” xəbər verir ki, sərnişinlər artıq paytaxt Bakıdan Ağcabədi, Qəbələ və Şabrana, eləcə də əks-istiqamətə hərəkət edən avtobuslara da onlayn bilet ala biləcəklər. Sistemdə bu günə kimi […]

İstirahət günü hava necə olacaq?

alfonsonri

Fevralın 26-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə […]

Azərbaycanda boş qalan yüksək vəzifələr – SİYAHI

alfonsonri

Ölkəmizdə bir sıra yüksək vəzifə postları var ki, xeyli vaxtdır boş qalıb. Boş qalan kreslolar həm dövlət orqanlarında, həm də parlamentdə var. Dogrusoztv.az xəbər verir ki, Bizim.Media sahibini gözləyən kresloların siyahısını hazırlayıb. Qeyd edək ki, hazırda parlamentdə də sahibini gözləyən kreslolar var. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən […]

DYP-dən sürücülərə ÇAĞIRIŞ

alfonsonri

Paytaxtın Neftçilər prospekti boyunca Əziz Əliyev küçəsi ilə kəsişmədən Bülbül küçəsi ilə kəsişməsindək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə aparılan təmir bərpa işlərini nəzərə alıb 25-26 fevral tarixlərində həmin ərazilərdə mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru […]

Laçın-Xankəndi yolundakı aksiyanın 76-cı GÜNÜ

alfonsonri

Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarının istismarının dayandırılması və orada monitorinqlərin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi ekoaksiya 76 gündür davam edir. Aksiya iştirakçıları ənənəyə sadiq qalaraq, bu səhəri də Dövlət Himinin səsləndirilməsi ilə açıb, milli ruhda mahnılar ifa ediblər. Aksiyanın məramı əvvəlki kimi […]

Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi

alfonsonri

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının geniş tərkibdə iclasını keçirib. Dogrusoztv.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, iclasda şura üzvləri ilə yanaşı, ölkə Prezidenti Vaaqn Xaçaturyan, Milli Assambleyanın sədri Alen Simonyan da iştirak edib. İclasda gündəliyin müxtəlif məsələləri müzakirə olunub.