Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 86 gündür davam edir. Havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. […]
Bu gün Yel çərşənbəsidir
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi fevralın 21-də, Od çərşənbəsi isə 28 fevralda […]
Meral Akşener “altılı masa”ya qayıtdı
Türkiyənin İYİ Partiyasının sədri Meral Akşener “altılı masa”ya geri dönüb. Dogrusoztv.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı partiyanın rəsmi sözçüsü Kürşad Zorlu açıqlayıb. Xatırladaq ki, martın 2-si Türkiyədə müxalif partiya liderlərindən ibarət “altılı masa” mayın 14-ü keçiriləcək prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı iclas keçirib. […]
“Döyüşlərdə qadınlar da fəal iştirak edib” – Zakir Həsənov
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edib. Təbrik mətnini təqdim edir: “Əziz xanımlar! Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm. Azərbaycan qadını tarix boyu şərəfli və müqəddəs ana adını uca tutmaqla müdrikliyi, idarəetmə […]
“Günahkarlar ən ağır cəzanı almalıdırlar” – Xamenei
İranın lideri Əli Xamenei bir çox şəhərlərdə qızların təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı səlahiyyətlilərə “hadisəni ciddi qəbul etməyi və günahkarları ən ağır cəza ilə cəzalandırmağı” tapşırıb. Bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb. Xamenei, “Hakimiyyət məsələ üzərində işləyir və məsələni ciddi şəkildə nəzərdən keçirməlidirlər”,- deyə vurğulayıb. […]
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
Prezident İlham Əliyev Azərbaycan qadınlarına təbrik məktubu ünvanlayıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Prezidentinin 6 mart 2023-ci il tarixli Sərəncamı ilə təltif edilmiş qadınlara dövlət mükafatlarının təqdimetmə mərasimində məlumat verilib. Təbrik məktubunu Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər […]
Trampla görüşdən sonra taleyi dəyişən azərbaycanlı milyonçu kimdir?
Ukraynada yaşayan azərbaycanlı milyonçu Vaqif Əliyev bu ölkədəki planlarının bəzilərini gerçəkləşdirə bilməyib. Bu barədə “Ekonomika Pravda” məlumat dərc edib. Məlumata görə, 1968-ci ildə Türkmənistanda azərbaycanlı ailəsində anadan olan iş adamı Ukraynada “Mandarin Palace”, “Blockbuster Mall”, “Lavina Mall” və s. ticarət mərkəzlərinin sahibidir. O, amerikalı biznesmen (eks ABŞ prezidenti) Donald Trampla […]
DYP-dən sürücülərə hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib. İdarədən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında eləcə də, Respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və buda sürücülərə ciddi çətinliklər yaradır. “Qeyd olunanları nəzərə alaraq bütün sürücülərdən […]
Sumqayıtda qadın məhkəmə zalında özünü DOĞRADI
Sumqayıt Apellyasiya Məhkəməsində qadın intihara cəhd edib. Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə barəsində inzibati icraat aparılan Əliyeva Günay Aqil qızı hər iki biləyini ülgüclə kəsib. Vəkil məhkəmənin tibb məntəqəsinin işləmədiyini və təcili tibbi yardım briqadasının binaya gec gəldiyini deyib. […]
DYP-dən sosial yardım almaq istəyən şəxslərə – Müraciət
Baş Dövlət Yol Polisi İdarəsi ünvanlı dövlət sosial yardım almaq istəyən şəxslərə müraciət edib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev öz feysbuk hesabında bildirib ki, yardımın verilməsi üçün müraciət edənin mülkiyyətində və ya istifadəsində (etibarnamə əsasında) nəqliyyat vasitəsinin olması həmin şəxsə sosial yardım təyin olunmasından imtina üçün əsas sayılır: […]