MM-in komitə sədri: “Qüsurlu uşaqlar”, “internat məktəbi” kimi sözlər artıq işlədilməyəcək”

alfonsonri

“Bu gün Azərbaycanda uşaqlar, ailələrlə bağlı güclü dövlət siyasəti var”. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib. O bildirib ki, autizmli uşaqların cəmiyyət həyatında fəal iştirak etməsi vacibdir: “Autizmli uşaqların […]

Putin G20 sammitində iştirak edə bilər

alfonsonri

Vladimir Putin sentyabrda Hindistanda keçiriləcək G20 sammitində iştirak edə bilər. Bunun üçün Kreml Rusiya prezidentinin iş qrafikinə düzəlişlər edir. Bu barədə “Bloomberg” öz mənbələrinə istinadla xəbər yayıb. Bildirilir ki, Putin sammitə gedib-getməmək barədə hələ yekun qərar verməsə də, Kreml belə bir ehtimalı istisna etmir. O da vurğulanır ki, Putinə manevr […]

“İndiyədək 2 vətəndaşımızdan xəbər yoxdur” – XİN

alfonsonri

Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarına dəstək tədbirləri çərçivəsində 10 mart tarixində Azərbaycan vətəndaşlarının və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib.  Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Rəsmi məlumata görə, bununla, zəlzələ baş vermiş gündən etibarən ümumilikdə 686 nəfər […]

Zakir Həsənovdan TAPŞIRIQ: “Təhdidlərə adekvat cavab verilsin”

alfonsonri

Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik komandirləri, həmçinin videobağlantı vasitəsilə hərbi birləşmə komandirləri iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və […]

Dünənki atışmaya görə “Emin Naxçıvanski”nin qardaşı saxlanıldı

alfonsonri

Ötən gün Bakıda baş verən silahlı insidentlə bağlı saxlanılanlardan birinin kimliyi bəlli olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ilə bağlı aparılan əməliyyat-istintaq tədbirləri çərçivəsində Elvin Qasımov adlı şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun bu insidentin sifarişçisi olduğu iddia edilən kriminal avtoritet Emin Qasımovun qardaşı olduğu bildirilir. Qeyd edək ki, […]

Laçın yolundakı aksiya 90 gündür DAVAM EDİR

alfonsonri

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 90 gündür davam edir. Havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. […]

İqtisadiyyat Nazirliyinin səlahiyyəti artırıldı – FƏRMAN

alfonsonri

Prezident İlham Əliyev “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 555 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmanla “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə” […]

Güllələnənlərdən biri tələbədir

alfonsonri

Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insident zamanı yaralananlardan biri tələbədir. Güllə yarası alan 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetində təhsil alır. Universitetdən məlumatı saytımıza təsdiq ediblər. Qeyd edək ki, hadisə yerinin yaxınlığındakı restoranda çalışan hal şahidi bildirib ki, atəş səsi eşidən kişi […]

İçməli suyun qiymətinə yenidən baxıla bilər

alfonsonri

“İçməli su maya dəyərindən ucuz qiymətə satılır. Bu da “Azərsu” ASC-nin rentabelli işləməsinə maneə törədir”. Bu barədə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən tədbirdə bildirib. O qeyd edib ki, gələcəkdə su tariflərinin artırılması ilə bağlı Tarif Şurası qərar verə bilər: “Lakin […]

Sirkin yanında 2 nəfəri güllələyən şəxs tutuldu

alfonsonri

Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində (Bakı Dövlət Sirkinin yaxınlığı) 2 nəfəri güllələyən şəxs tutulub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən bir nəfər şəxs saxlanılıb. Əlavə məlumat veriləcək. Qeyd edək ki, hadisə nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü […]