Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Maki Sallanı təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Seneqal Respublikasının Prezidenti Maki Salla təbrik məktubu ünvanlayıb. Mətndə deyilir: “Hörmətli cənab Prezident, Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. İnanıram ki, Azərbaycan-Seneqal münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafeləri […]
Məktəb direktoru vəfat etdi
Cəlilabad rayon Musalı kənd orta məktəbinin direktoru İsrail Quliyev dünyasını dəyişib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Mərhumun 64 yaşında uzun sürən xəstəlikdən (xərçəng) vəfat etdiyi bildirilir. “Unikal”
Heydər Əliyevin 100 illiyi yubiley medalı təsis edildi
Heydər Əliyevin 100 illiyi (1923-2023) ilə əlaqədar Azərbaycan Respublikasının yubiley medalı təsis edilib. Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilib. Layihədə qeyd olunub ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı hissəsindən […]
Ədalət Muradov 4 yeni dekan təyin etdi
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 4 dekan vəzifəsinə təyinatlar olub. Bununla bağlı rektor Ədalət Muradov əmr imzalayıb. Əmrə əsasən, Hafis Hacıyev Maliyyə və Mühasibat fakültəsinin, Elçin Eyvazov İqtisadiyyat və İdarəetmə fakültəsinin, Elçin Səmədov Mühəndislik fakültəsinin, Elman Cəfərov isə Rəqəmsal İqtisadiyyat fakültəsinin dekan təyin edilib.
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
Milli Məclisin yaz sessiyasnın növbəti plenar iclası aprelin 7-də keçiriləcək. Bu barədə parlamentin bu gün keçirilən iclasında MM sədrinin birinci müavini Əli Hüseynli məlumat verib.
“Togg” İlham Əliyevə bu gün təqdim olunacaq – FOTO
Türkiyənin yerli elektromobili “Togg” Bakı vaxtı ilə 15:00-da Azərbaycan Prezidenti İlham Əliyevə təhvil veriləcək. Dogrusoztv.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank elektromobili dövlət başçsısına təqdim edəcək.
Baş prokurorun xidməti vəsiqələrlə bağlı səlahiyyətləri artırılır
Milli Məclisin plenar iclasında Azərbaycan Baş prokuroru və onun müavinin səlahiyyətinin artırılmasına dair layihə üçüncü oxunuşda qəbul edilib. Bununla bağlı “Prokurorluq haqqında” qanuna dəyişiklik təklif olunub. Qanun layihəsinə görə, prokurorluq işçilərinin xidməti vəsiqəsində əks olunan məlumatların, təsvirlərə dəyişikliyin edilməsi zamanı vəsiqə nümunəsinin təsdiq edilməsi Baş Prokurorun qanunla həll etdiyi məsələlərin […]
Sabah Bakıda 18° isti olacaq
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə […]
İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib
İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib. Milli Məclisdə onun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilib. İnam Kərimovun özünün də iştirak etdiyi iclasda məsələ barədə parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, gündəliyə İnam İmdad […]