DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (DYP) bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Qurumdan verilən məlumata görə, İdarə qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib. Bildirilib ki, Müqəddəs Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində polis, o cümlədən Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində xidmət aparacaq. Belə ki, qeyri-iş […]
Türkiyəli nazir “Togg”unu özü yudu – Fotolar
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Togg” avtomobilini özü yuyub. Bu barədə nazir öz tviter hesabında paylaşım edib. O, “Togg”u yuyarkən çəkilmiş fotolarını paylaşaraq “bayram təmizliyi” sözləri ilə şərh edib. Xatırladaq ki, Türkiyənin ilk yerli elektromobili “Togg”u ilk alan şəxs ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub. İkinci sifarişçi isə […]
Xəzər dənizində zəlzələ oldu
Bu gün Xəzər dənizində zəlzələ baş verib. Dogrusoztv.az AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ saat 07:56-da qeydə alınıb. 56 km dərinlikdə baş verən yeraltı təkanlar 4 bal gücündə olub.
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır
Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək. İlk gündə Azərbaycanın 5 idmançısı döşək üzərinə çıxacaq. 55 kq-da yer alan Eldəniz Əzizli 1/4 finalda Artyom Deleanu (Moldova) / Stefan Qriqorov (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. 63 kq-da çıxış edən Taleh Məmmədov Yakopo […]
“Azərbaycanda inanclı olduğuna görə həbs edilən yoxdur” – Allahşükür Paşazadə
“Azərbaycanda inanclı olduğu üçün həbs edilən adam eşitməmişəm”. Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O qeyd edib ki, əgər adam səhv edirsə, səhvinə görə tutulur və ittiham edilir: “Ölkəmizdə inancsız adam yoxdur. Dinindən asılı olmayaraq hamı inanır”.
Bərdədə qəza – 2 nəfər öldü
Bərdədə yol qəzası baş verib. 19.04.2023-cü ildə saat 19 radələrində 2000-ci il təvəllüdlü Bərdə rayon sakini Əzizov Feruz Raqub oğlunun idarə etdiyi VAZ 21099 markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Bərdə rayon sakini Sultanlı Əziz İlqar oğlunun idarə etdiyi VAZ 21011 markalı avtomobil Bərdə rayonu, Həsənqaya kəndi ərazisində toqquşmuş, hadisə […]
“ASAN xidmət” mərkəzləri iki gün işləməyəcək
Aprelin 21-22-də Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, aprelin 23-dən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. Qeyd olunub ki, bazar günü “ASAN kommunal” […]
Mehriban Əliyeva xalqı Ramazan bayramı münasibətilə təbrik etdi – FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.Bu barədə Mehriban Əliyeva, rəsmi “Instagram” hesabında paylaşım edib. Paylaşımda deyilir: “İnsanları xeyirxahlığa, mərhəmətə və şəfqətə, ətrafındakılara, doğmalarına diqqət və qayğı göstərməyə sövq edən müqəddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! […]
Qalib Həsənov ekologiya işçisidir, yoxsa otel biznesmeni? – Bərdə sakini ölkə başçısına video-şikayət ünvanladı
Bərdə rayon sakini Əlizamin Mamedov “Yutub” kanalı vasitəsilə Bərdədə baş verən ekologiya cinayətləri barədə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya video-şikayət ünvanlayıb. Müraciətinin əvvəlində Ə.Mamedov giriş sözü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməsinə lüzum bilməyib, çünki onun fikrincə belə bir Nazirlik yoxdur: “Nazirlik yerində […]
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin NƏZƏRİNƏ!
“Hazırda Türkiyədə 27 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır”. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin tələbələrin ölkəyə qayıdışı onların təhsil aldıqları ali təhsil müəssisəsindəki təhsilin təşkili formasına uyğun olaraq, şəxsi seçimləri əsasında tənzimlənir. “Azərbaycana qayıtmaq üçün hansısa müraciət-qeydiyyat prosesinə zərurət olmadığından onların müvafiq sərhəd-buraxılış məntəqələrindən […]