Türk dünyasında institusional əməkdaşlığımızın təzahürü olan Türk əməkdaşlıq təşkilatları çərçivəsində fəaliyyət böyük mütəfəkkir İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarından ilham alaraq hər ötən gün daha da dərinləşir və zənginləşir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin […]
İyunun son günündə 33 dərəcə isti gözlənilir
Azərbaycanda iyunun 30-da havanın 33 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz […]
TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər. Nümayəndə heyətləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Qonaqlar Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı […]
Kamran Əliyev Xətai rayonunda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev iyulun 3-də saat 10:00-da Xətai rayon prokurorluğunun inzibati binasında Xətai rayon sakinlərinin qəbulunu keçirəcək. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Vətəndaşlar qəbulla bağlı Xətai rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) […]
Prezident: Birinci Türkoloji Qurultayda səslənən başlıca fikirlərin süni maneələrlə qarşısı alınıb
Əfsuslar olsun ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra sovet totalitar idarə üsulu tərəfindən düşünülmüş formada süni maneələrlə alınıb. Bu, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına ünvanladığı müraciətində qeyd olunub. Prezident bildirib ki, qurultay […]
Azərbaycanda “Türk Dünyası Həftəsi” başlayıb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilir. “Report”un məlumatına görə, iyulun 3-dək davam edəcək tədbirdə bir sıra beynəlxalq elmi və mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur. Rəsmi hissədən sonra “Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri” adlı […]
Rusiya Sumı və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var
Rusiya Ukraynanın Sumı və Zaporojye vilayətlərinə hücum edib, 6 nəfər ölüb, daha 37 nəfər xəsarət alıb. Bu barədə Ukrayna Milli Polisi və Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib. Milli Polisin məlumatına görə, Sumı vilayətində Rusiya hücumları nəticəsində 2 nəfər ölüb, daha 9 nəfər yaralanıb. İ.Fyodorov bildirib ki, […]
Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Bu gün paytaxtın Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. “Azərişıq”dan verilən məlumata görə, iyunun 29-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Qapalı Paylayıcı Qurğularda (QPQ) təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Əliyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. […]
Bakıda 7 istiqamətdə tıxac müşahidə olunur
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti […]
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır. Bu barədə “Report”a şairin yerləşdirildiyi Mərkəzi Klinik Xəstəxanasından bildirilib. Xatırladaq ki, iyunun 26-da Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib. Onun müalicəsi reanimasiyada davam etdilir.