KİV: Ukrayna ABŞ-a Donbasda demilitarizasiya olunmuş azad iqtisadi zona yaratmağı təklif edib

Ukrayna Donbas ərazisində demilitarizasiya olunmuş azad iqtisadi zona yaradılmasını və bu zonada Amerika biznesinin fəaliyyəti üçün şərait yaradılmasını ABŞ-a təklif edib. Bu barədə Politico mənbələrə istinadən məlumat yayıb. Nəşr yazır ki, Ukraynanın son sülh planında Donbasda “demilitarizasiya olunmuş azad iqtisadi zonanın” yaradılması nəzərdə tutulur və ABŞ şirkətlərinin burada işləyə bilməsi […]

Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümüdür.Azərbaycan xalqı bu gün Ümumilli Liderin xatirəsini hörmətlə anır. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Memarlıq fakültəsində […]

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.Bu barədə nazirlik məlumat yayıb. 2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” […]

Əli Əsədov Aşqabadda Gürcüstanın Baş naziri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistana işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb. Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. […]

Xəzərdə köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib

Xəzər dənizində köməksiz qalan Azərbaycan Respublikası vətəndaşları xilas edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzər dənizində üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini uğurla davam etdirir. Dekabr ayının 10-da saat 17:30-da Sahil Mühafizəsinin Bakı sahil nəzarəti şöbəsinin Zirə sahil […]

Ərdoğan: Türkiyə 2028-ci il üçün 1,9 trilyon dollar milli gəlir hədəflərinə doğru irəliləyir

Türkiyə 2028-ci il üçün nəzərdə tutulan 1,9 trilyon dollar milli gəlir hədəflərinə doğru irəliləyir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O əlavə edib ki, Türkiyənin ixrac həcmi 2025-ci ilin noyabr ayı üçün 270 milyard dollara yüksəlib: “Milli gəlirimiz isə ötən dövrlərdəki 238 milyard dollar həddindən 2025-ci ilin üçüncü rübünün […]

Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli Qurbanqulu Məlikquliyeviç, Əziz Qardaşım, Əlamətdar tarix – Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram. Otuz il əvvəl dünya birliyi tərəfindən […]

Serbiya Prezidenti: Digər ölkələrdən qaz almağa başlayacağıq

Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya ilə müqavilə imzalanmadığına görə, digər təchizatçılardan qaz alışına başlayacaqlarını bildirib. Bu barədə Serbiyanın “N1” telekanalı məlumat yayıb. Prezident həmçinin ölkənin kifayət qədər qazla təmin ediləcəyini vurğulayıb. “Enerji təhlükəsizliyini təmin edirik, çünki enerjisiz heç nə mövcud ola bilməz. Xəstəxanalar və kliniki mərkəzlər bağlanar. İnsanlar harada müalicə […]