31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Bu gün, 31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür.Soyqırım hadisəsindən 108 il ötür. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara […]

“BMT-nin trans-Atlantik qul ticarətinə dair qətnaməsini tam dəstəkləyirik”

Bakı Təşəbbüs Qrupu (BTQ) BMT Baş Assambleyasının qəbul etdiyi transatlantik qul ticarətini “bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət” kimi tanıyan qətnaməni tam dəstəklədiyini bəyan edir. Müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda mübarizəsinə dəstək verməyi özünün əsas missiyalarından biri hesab edən BTQ qəbul olunmuş bu qətnaməni Afrika mənşəli xalqlara qarşı yüz […]

Bakı-Qazax yolunda ağır qəza – Xəsarət alan var

Ucarda yol qəzası olub, xəsarət alan var. Hadisə Bakı-Qazax magistralının rayonun Şahlıq kəndindən keçən hissəsində qeydə alınıb. “BMW” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə 1 nəfər xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Fakt araşdırılır.(APA)

Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb

FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb. O, 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçiriləcək Niderland – Belarus matçını idarə edəcək. T. Qurbanova digər həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko […]

Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb

Rusiya və Serbiya arasında təbii qaz müqaviləsinin müddəti üç ay müddətinə uzadılıb. Bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib. Vuçiç bildirib ki o, rusiyalı həmkarı Vladimir Putinlə söhbəti zamanı Rusiyadan Serbiyaya təbii qaz tədarükünü təmin edən müqavilənin növbəti üç ay üçün çox sərfəli şərtlərlə uzadılmasına nail olub. “Biz demək olar ki, […]

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.Nekroloqda deyilir: Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Əhməd oğlu Balayev 2026-cı il martın 29-da ömrünün 78-ci ilində […]

Sabah Bakıda bəzi yerlərdə yağış yağacaq

Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu […]

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan vida mərasimində sənətkarın ailə üzvləri, sənət dostları və sevənləri iştirak edir.O, I Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki, “Babək”, “Nəsimi”, “Beyrək” kimi yaddaqalan obrazları ilə tanınan aktyor 77 […]