Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo millisində 200-cü matçına çıxıb. Kriştianu Ronaldo, tarixdə bu göstəriciyə çatan ilk oyunçu olub. Bununla da futbolçu bu göstərici üzrə keçmiş rekordçu küveytli Bader əl-Mutavanı 4 oyunla qabaqlayıb. O, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin dördüncü turunun İslandiya ilə səfər matçında start heyətdə yer alıb. […]
Bakının ən məşhur çimərlikləri – Qiymətlər
Dəniz mövsümü artıq başlayıb. İnsanlar istirahət üçün paytaxt ərazisində yerləşən müxtəlif çimərlikləri seçir. Axar.az bəzi çimərliklərin qiymətini təqdim edir: Glam Beach Baku. Giriş 8 manatdır. Oturacaqlı günlükdən istifadə edəcəksizsə, 2 nəfər üçün 30 manat ödəməlisiniz. 5 yaşına qədər uşaqlar ödənişsizdir. Kənardan yemək gətirmək olmaz. Casablance Beach. Giriş 20 manatdır. 10 yaşına […]
Günün qoroskopu: ciddi itkilərə səbəb ola biləcək səhvə yol verməyin
Qoç – günün ilk yarısı nisbətən uğurlu və əlverişli olacaq. Başladığınız işləri bitirin. Danışıqlar müsbət nəticə verəcək. Alış-veriş və sövdələşmələr, anlaşmalar üçün münasib zamandır. Lakin saatlar keçdikcə mənfi təmayüllərin təsiri artacaq. Əhvalınız pisləşməsin. Qıcıqlı və hirsli olmayın, səbrsizlik etməyin. Kəmhövsələlik edərək təxribatlara uymayın. Ən adi zarafatdan inciməyin. Münaqişə və mübahisələr riski […]
“Bu, Ermənistan Müdafiə Nazirliyinin növbəti yalanıdır” – RƏSMİ
İyunun 20-si saat 16:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Arazdəyən yaşayış məntəqəsində mülki infrastrukturun müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:
“Qarabağ”ın ÇL-dəki rəqibi məlum oldu – YENİLƏNİB
Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib. Qurban Qurbanovun yetirmələri bu mərhələdə “Linkoln”la (Cəbəllütariq) qarşılaşacaq. Ağdam klubu ilk matçı səfərdə keçirəcək. Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk görüşləri iyulun 11-12 baş tutacaq. Cavab oyunları bir həftə sonra təşkil olunacaq. ***09:57 Bu gün […]
Naftalanda qazi özünü icra hakimiyyətinin önündə yandırdı – YENİLƏNİB
Naftalanda Vətən müharibəsi iştirakçısı özünü yandırıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. İyunun 20-də Vətən müharibəsi iştirakçısı, 1993-cu il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tez alışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy rayon prokurorluğunda araşdırma aparılır. ***15:48 Naftalanda qazi Tağıyev İlkin Həmid oğlu özünü yandırıb. Bu barədə […]
Ermənistanda eks-nazirə yeni cinayət işi açıldı
Ermənistanın keçmiş təhsil və elm naziri Armen Aşotyan və onun partiya yoldaşlarına qarşı yeni cinayət işi açılıb. Bu barədə eks-nazirin vəkili Tiqran Atanesyan “Facebook”da yazıb. İyunun 16-da 2 ay müddətinə həbs edilən A.Aşotyan vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda əmlak israfçılığı və külli miqdarda pulların yuyulması iddiaları ilə ittiham olunur.
Ərdoğan Şahbaz Şərifə başsağlığı verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Qeyd olunub ki, Prezident Ərdoğan danışıq zamanı Yunanıstan sahillərində miqrant qayığı qəzasında həyatını itirən pakistanlılarla bağlı başsağlığı verib.
“Dərmanların qiyməti müəyyən ölkələrlə müqayisədə bahadır” – Nazir müavini
Azərbaycanda dərman vasitələrinin qiyməti müəyyən ölkələrlə müqayisədə bahadır. Bunu Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib. Nazir müavini bildirib ki, həmin ölkələrin sayı elə də çox deyil: “Adətən qiymət fərqləri qardaş Türkiyə ilə müqayisə edilir. Qeyd edim ki, orada dərmanların 70-80 %-i daxili istehsaldır. Orada […]
Dərmanların baha satılması qadağan olunur
Azərbaycanda qeydiyyata alınan dərmanların tənzimlənən qiymətlərdən baha satılması qadağan olunur. Bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir. Təklif olunan dəyişikliklə dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan edilir.