Qazaxıstan Parlamentinin deputatı Daulet Turlıxanovun oğlu hərbi hissədən qaçıb. Bu barədə “Tengrinews.kz” məlumat yayıb. Bildirilir ki, fərarilik edən əsgər saxlanılıb, hazırda istintaq aparılır.
İsmayıllıda sel aparan bahalı maşın kimindir? – FOTO
Xəbər verdiyimiz kimi, 30 iyunda İsmayıllıya yağan leysan yağışlardan sonra başlayan sel suları “Mersedes AMG” markalı maşını aparmışdı.Yağış kəsəndən sonra maşını çaydan çıxarmaq üçün cəhd edilib. Ancaq məlum olub ki, 77-FM-555 markalı avtomobil yarıya qədər torpağa batıb və onu çıxarmaq mümkün deyil.Qeyd edək ki, Cülyan kəndi İsmayıllının ən səfalı ərazilərindən […]
Bu gün Haaqada Rusiyanın Ukraynaya qarşı müharibəsini araşdıran Beynəlxalq Büro yaradılır
Bu gün Niderlandın Haaqa şəhərində Rusiyanın Ukraynaya qarşı müharibəsini araşdıran Beynəlxalq Büro yaradılır. Bunu Britaniyanın “The Guardian” nəşri yazıb. Komissiyaya Ukrayna, Avropa İttifaqı (Aİ), ABŞ və Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorları daxil olacaq. Mərkəz Ukraynaya qarşı müharibəyə görə Kreml rəsmilərini məsuliyyətə cəlb edəcək Xüsusi Tribunal yaradılmazdan əvvəl aralıq addım kimi […]
Emin Ağalarov Leyla Əliyevanı bu görüntü ilə təbrik etdi – FOTO
Azərbaycanın Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ad günü ilə bağlı paylaşım edib. O, özünün sosial şəbəkə hesabında Leyla Əliyeva, əkizləri Əli və Mikayıl, qızı Əminənin olduğu şəkli paylaşaraq qeyd edib: “Leyla, ad günün mübarək. Verdiyin istiliyə, hər gün etdiyin yaxşılıqlara, və möhtəşəm övladlarımıza görə çox […]
Ermənilər Ağdamı ATƏŞƏ TUTDU
İyulun 3-ü saat 10:40-dan saat 11:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam […]
“Tərtər işi”ndə həbs olunduğu üçün 123 min təzminat alacaq
“Tərtər işi” üzrə bəraət almış daha bir hərbçiyə təzminat ödəniləcək. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu barədə Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə bəraət almış hərbçi Emin Aibovun iddiasını qismən təmin edib. Qərara əsasən, ona mənəvi ziyana görə 66 min manat, maddi ziyana görə 57 min manat təzminat kəsilib. […]
Ukraynalı yazıçı raket hücumunda ÖLDÜ
Ukraynanın sevimli yazıçılarından biri olan Viktoriya Amelina Rusiyanın Kramatorsk şəhərində pizza restoranına raket hücumu nəticəsində aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, yazar müharibə cinayətləri ilə bağlı araşdırmalar aparırmış. Kramatorsk şəhəri Ukraynanın nəzarəti altındadır, lakin Rusiyanın işğal etdiyi ərazilərə çox yaxındır. 37 yaşlı Amelina […]
İlham Əliyev Lukaşenkonu təbrik edib
Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli Aleksandr Qriqoryeviç. Sizi və Sizin şəxsinizdə dost Belarusun bütün xalqını dövlət bayramı – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Bizim ölkələrimizi ənənəvi sıx dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri […]
XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ
Dövlət İmtahan Mərkəzi tərəfindən 17 sentyabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün imtahan keçiriləcək. DİM-dən verilən məlumata görə, namizədlərin imtahana qeydiyyatı verilən keçid vasitəsilə 15 avqust saat 18:00‑dək həyata keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Namizədlər aşağıda […]
II və III ixtisas qrupları üzrə imtahan verənlərin NƏZƏRİNƏ
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 8-də III ixtisas qrupu, iyulun 9-da isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İyulun 9-da III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək. DİM-dən verilən xəbərə görə, […]