Hədəfi bəlli 107 yaşlı Müstəqil Azərbaycan – dost da, düşmən də dəyişməyib – ŞƏRH

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) zaman ötsə də, yaşının üstünə yaş gəlsə də, sanki ölkə ictimaiyyətinə, vətəndaşlarına daha da yaxınlaşır. Yeni nəsil onu dəyərləndirdikcə o da gəncləşir.Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci illiyi, Azərbaycanın Müstəqilliyi günüdür. İllər keçsə də, bu milli dövlətin qurucuları, yaradılması, tarixi şəraiti və başqa bu kimi […]

Qəbələnin Nohurqışlaq kəndində qaz kəsiləcək

Qəbələ rayonunun Nohurqışlaq kəndinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, kənd ərazisində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş Mehdiyev Elvin Telman oğluna məxsus torpaq sahəsindən keçən D=108 mm-lik aşağı təzyiqli qaz xəttinin və Şabəddinov Mansur […]

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 may – Müstəqillik Günü münasibətilə rəsmi instaqram hesabında paylaşım edib.Paylaşımda deyilir: “Əziz həmvətənlər!Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun! Uca Tanrı Vətənimizi qorusun!”

ABŞ dövlət katibi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

ABŞ Dövlət katibi Marko Rubio 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.Bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən təbrikdə deyilir. “Amerika xalqı adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm. Biz Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik. ABŞ Cənubi Qafqazın çiçəklənməsi üçün son dərəcə vacib […]

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 107 il ötür. Bu bayram artıq beşinci ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə ölkədə çarizmin […]

Prezident İlham Əliyev: Azad olunan ərazilərdə bərpa edilən şəhər və kəndlərin sayı 15-ə çatıb

İşğaldan azad edilən ərazilərdə bərpa edilən şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşündə məlumat verib. Prezident İlham Əliyev deyib: “Biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına […]

Fidan: Türkiyə Azərbaycanın regionda sülh ilə bağlı səylərini alqışlayır

Türkiyə Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün təmin edilməsi istiqamətindəki səylərini alqışlayır.Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib. “Cənubi Qafqazdakı vəziyyət hər iki ölkəyə təsir edir. Ankara və Moskva Cənubi Qafqaz regionunda sülh prosesinə dəstəklərini ifadə edirlər. Biz həmçinin Azərbaycanın regionda […]