Sabah Azərbaycanda 33 dərəcə isti olacaq

Azərbaycanda iyunun 8-də 33 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 7-dən 8-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi […]

Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlanıb

Qurban bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissələri ziyarət edərək şəxsi heyətlə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram təbrikləri şəxsi heyətə çatdırılıb. Nazirliyin rəhbər heyəti, həmçinin […]

Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 7-də bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Sabah yağış yağacaq – PROQNOZ

Azərbaycanda iyunun 7-də havanın arabir yağışlı olacağı, bəzi yerlərdə leysan yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı […]

Naxçıvan Konstitusiyası dəyişir – Sənəd Milli Məclisə təqdim olunacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda səsverməyə çıxarılıb və qəbul olunub. Bununla da Muxtar Respublikanın Konstitusiyasının dəyişdirilməsi ilə bağlı ilk mərhələ yekunlaşıb. Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, buna baxmayaraq hələ qarşıda iki […]

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Naxçıvan da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri göstərilir. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan […]

“Brent” markalı neftin bir bareli 65,1 dollara satılır

Neftin qiyməti ABŞ və Çin liderlərinin söhbəti xəbərinin ardınca dünən yüksəldikdən sonra bu gün səhər saatlarında mülayim şəkildə enməyə başlayıb. Londonun “ICE Futures” birjasında Bakı vaxtı ilə saat 09:08-ə olan məlumata görə, “Brent” markalı neftin avqust fyuçerslərinin dəyəri 0,2 ABŞ dolları (0,31 %) azalaraq bir barelə görə 65,14 ABŞ dolları […]