Dövlət icra məmurlarının funksiyaları müəyyənləşib

Dövlət icra məmurlarının funksiyaları müəyyənləşib. Bu barədə Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “İcra məmurları haqqında” Qanunda qeyd olunub. Belə ki, dövlət icra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, məhkəmələrin mülki işlər, kommersiya və inzibati mübahisələrə […]

Azərbaycanda insanlar ən çox bu xəstəliklərə tutulur – SİYAHI

Ötən il Azərbaycanda 2,9 milyona yaxın xəstə qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, bu, ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstələrin sayıdır. Məlumata görə, 1 milyondan çox insan tənəffüs orqanlarının xəstəlikləri ilə qeydə alınıb. İkinci sırada həzm sistemi xəstəlikləri (241 minə yaxın), üçüncü sırada […]

“Qarabağ”ın UEFA turnirlərində final və yarımfinalda oynayan tanış rəqibi – TANITMA

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcəyi Macarıstan təmsilçisi “Ferentsvaroş” 1899-cu ildə yaradılıb. Klub həmin vaxt Ferenst Şpringer və bir qrup yerli sakin tərəfindən təsis edilib. Komanda 36 dəfə Macarıstan çempionatının, 24 dəfə ölkə kubokunun, 6 dəfə isə Superkubokun qalibi olub. Klub ev oyunlarını 23 700 azarkeş tutumuna malik […]

Ərdoğan: Azərbaycan və Gürcüstanla birlikdə regional təhlükəsizliyə töhfə verməkdəyik

Azərbaycan və Gürcüstanla birlikdə regional təhlükəsizliyə töhfə verməkdəyik. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, parlament sədrləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. R.T.Ərdoğan, həmçinin qeyd edib ki, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli mexanizmi regional proseslərdə mühüm rol oynayır.

Tacikistan Prezidenti İlham Əliyevi Ermənistanla Birgə Bəyannamənin imzalanması münasibətilə təbrik edib

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə ABŞ-də Ermənistanla imzalanan Birgə Bəyannamə münasibətilə təbrik edib. Tacikistan Prezidentinin məktubunda deyilir: “Ermənistan Respublikası ilə iki ölkə arasında möhkəm sülhə nail olunmasına yol açan Birgə Bəyannamənin imzalanması münasibətilə Sizi və dost Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu tarixi hadisəni alqışlayır, böhranların və […]

Xəzəryanı ölkələrin sammiti 2026-cı ildə Tehranda keçiriləcək

Xəzəryanı dövlətlərin sammiti 2026-cı ilin avqustunda Tehranda keçiriləcək. Bu barədə İranın Türkmənistandakı səfiri Əli Mojtaba Ruzbehani bildirib. “Məmnuniyyətlə bildirirəm ki, İran İslam Respublikası 2026-cı ilin avqustunda 7-ci Xəzəryanı dövlətlər sammitinə ev sahibliyi edəcək. Ümid edirik ki, Beynəlxalq Xəzər Dənizi Günündə və Tehran Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümündə Tehranda Xəzəryanı dövlətlərin […]

Vilayət Eyvazovun Xaçmazdakı vətəndaş qəbulunun tarixi dəyişdirilib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun Xaçmaz rayonunda nəzərdə tutulan vətəndaş qəbulunun tarixi dəyişdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2025-ci il avqust ayının 22-də Xaçmaz Rayon Polis Şöbəsinin binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun […]

Yeni ildə tədris ili üzrə 125 min uşağın birinci sinfə qəbulu tamamlanıb

Yeni ildə tədris ili üzrə indiyədək 125 min uşağın birinci sinfə qəbulu tamamlanıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritet tətbiq olunmaqla həyata keçirilib. Hazırda hər bir kəs məktəbəqəbul.edu.az platformasına daxil olmaqla seçdikləri məktəb və […]

Sabah 35 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 12-dən 13-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu […]

Allahşükür Paşazadə: Ksenofobiya təzahürləri, süni intellektin fəsadları bütün bəşəriyyət üçün təhlükədir

Beynəlxalq sabitliyə təhdid olan ksenofobiya təzahürləri, süni intellektin fəsadları bütün bəşəriyyət üçün ən böyük təhlükələrdən biridir. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Keyptaun şəhərində keçirilən G20 Dinlərarası Forumunda çıxışı zamanı deyib. Şeyxülislam bildirib ki, həmçinin etnik, dini, irqi ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları, sivilizasiyaların toqquşdurulması cəhdləri, sürətlə […]