Əlilliyin qiymətləndirilməsi yeni qayda həyata keçiriləcək. Nazirlər Kabineti bu barədə qərar verib. “Əlilliyin qiymətləndirilməsi Qaydası”na edilən dəyişikliyə əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi […]
Dünya bazarlarında neft bahalaşır
“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin dekabr müqaviləsinin dəyəri 1,29% artaraq 1 barelə görə 65,36 ABŞ dolları təşkil edib. Nyu-Yorkun “NYMEX” əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 1,3% artaraq 61,67 ABŞ dollarına bərabər […]
Ukrayna Krımda neft bazasını dronlarla vurub, günclü yanğın olub
Urkayna Silahlı Qüvvələri Krımın Feodosiya şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. PUA hücumundan sonra neft bazasında güclü yanğın baş verib. Məlumata görə, hücum Feodosiya neft yükləmə terminalında yanacaq çəninin partlamasına səbəb olub. Bundan başqa, Novofedorovkadakı Saki aerodromuna da zərbələr endirilib. Feodosiya, Yevpatoriya, Simferopol ərazisində və Kaça aerodromunun yaxınlığında […]
Bakıda 12 istiqamətdə tıxac var – SİYAHI
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlmat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti […]
Uitkoff və Kuşner Qəzza üzrə danışıqlar üçün Misirə gedəcəklər
ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff və iş adamı, ABŞ Prezidentinin keçmiş baş müşaviri Cared Kuşner bu gün Misirə səfər edəcəklər. Bu barədə Ağ Evin nümayəndəsinə istinadən “Axios” məlumat yayıb. “Stiv Uitkoff və Cared Kuşner bu gün Misirə gedəcəklər ki, girovların azad edilməsi prosesinin texniki detalları və […]
Tələbələrə nə qədər Prezident təqaüdü veriləcək? – MƏBLƏĞ
Prezident İlham Əliyev 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. 102 tələbəyə təqaüd təyin edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb. Prezident təqaüdü cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün […]
İsrailin saxladığı 36 türk aktivisi ölkələrinə qayıdıb – YENİLƏNİB
İsrail qüvvələri tərəfindən beynəlxalq sularda ələ keçirilən “Qlobal Sumud Donanması” gəmilərindəki Türkiyə vətəndaşlarından 36 nəfəri bu gün xüsusi təyyarə reysi ilə vətənlərinə göndərilib. Onların olduqları təyyarə İstanbula çatıb. Qeyd edilib ki, Türkiyəyə ümumilikdə “Qlobal Sumud Donanması” gəmilərində saxlanılmış müxtəlif ölkələrin vətəndaşları olan 137 şəxs gəlib. *** İsrail qüvvələri tərəfindən beynəlxalq […]
Bu il universitetə qəbul olan 102 tələbə Prezident təqaüdü alacaq
Azərbaycan Prezidenti İlham Əliyev 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, Sərəncam ümumilikdə 102 tələbəni əhatə edir. Belə ki, 2025–2026-cı tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil […]
III MDB Oyunları: Azərbaycanın altı cüdoçusu finala vəsiqə qazanıb
Azərbaycanın altı cüdoçusu III MDB Oyunlarında finala vəsiqə qazanıb. Məhəmmədəli Hüsüyev (55 kq), Sunay Salamova, Zeyd Ələsgərov (60 kq), Gülşən Hüseynova (44 kq), Hüseyn Hüseynov və Fəxri Sahibzadə (hər ikisi 66 kq) bu raundadək irəliləyə bilib. Qeyd edək ki, bu gün start götürən cüdo yarışları sabah başa çatacaq.
KİV: Çin gömrük rüsumlarının ləğvi müqabilində ABŞ-a 1 trilyon dollar sərmayə vəd edib
Çin gömrük rüsumlarının ləğvi müqabilində ABŞ iqtisadiyyatına 1 trilyon dollar sərmayə yatırmaq təklifi ilə çıxış edib. Bu barədə “Bloomberg“ məlumat yayıb. Agentliyin mənbələrinin bildirdiyinə görə, Pekin həmçinin ABŞ ərazisində fəaliyyət göstərən Çin müəssisələrinin istifadə etdiyi xammalın idxalına tətbiq edilən rüsumların azaldılmasında israr edir. Bloomberg qeyd edir ki, Vaşinqtonun hansı həcmdə […]