Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak edir

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti fevralın 21-dən Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir. Doğrusöztv.Az bildirir ki, Nazirlikdən verilən məlumata görə, dünyanın inkişaf etmiş 59 ölkəsindən 900-ə yaxın qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan […]

Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq barədə Anlaşma Memorandumu təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Qanunu imzalayıb. Doğrusöztv.Az-ın məlumatına görə, qanunla “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilir.

Hulusi Akar azərbaycanlı şəhid ailəsinə məktub göndərib

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Vətən müharibəsinin şəhidi baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib. Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, məktub Yardımlının Kürəkçi kəndində yaşayan ailəyə çatdırılıb. Məktubda deyilir: “Şanlı Azərbaycan Ordusunun Ermənistanın işğalı altındakı torpaqlarını azad etdiyi 44 günlük dastana dönən mübarizədə ağır yaralanan baş leytenant Valeh […]

Rusiyalı deputat Bərdədən sonra Ağdama gedib (FOTO)

Rusiya Federasiyasının Dövlət Dumasının deputatı Aleksey Juravlyov Bərdədən sonra Ağdama səfər edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, deputat Ağdamda ermənilərin törətdiyi vəhşilikləri, şəhərin xarabalığa çevrilməsini öz gözləri ilə görüb. Deputat, həmçinin Ağdam məscidində olub və oradakı vəziyyətlə yaxından izləyib.

cəzalandırılmalıdır

Rusiya Federasiyası Dövlət Dumasının üzvü, “Rodina” partiyasının sədri Aleksey Juravlyov Azərbaycana səfəri çərçivəsində Bərdə şəhərində olub. Məlum olduğu kimi, 44 günlük müharibə zamanı cəbhə xəttindən 40 km uzaqda yerləşən Bərdə şəhəri oktyabrın 28-də erməni işğalçılarının raket atəşinə tutulmuş, nəticədə 5-i qadın olmaqla 22 mülki şəxsin həyatını itirmiş, 70 adam yaralanmış, […]

Türkiyə və Gürcüstanın XİN rəhbərləri Azərbaycana səfər edəcəklər

Cari ilin 18 fevral tarixində Türkiyə Respublikasının xarici işlər naziri cənab Mevlüt Çavuşoğlunun, 19 fevral tarixində isə Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri cənab David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu ilin 19 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər naziri […]

Aİ və ÜST-ün Avropa Regional Ofisi Azərbaycanda COVID-19-a qarşı peyvəndləməni dəstəkləmək üçün səylərini birləşdirir

Avropa İttifaqı (Aİ) və ÜST-nin Avropa Regional Ofisi Azərbaycanda COVID-19-la bağlı peyvəndləməni dəstəkləmək üçün birlikdə çalışacaq. Doğrusöztv.Az-ın məlumatına görə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST tərəfindən həyata keçirilən layihə, COVID-19-la bağlı peyvəndləmənin bütün mərhələlərini əhatə edəcək və eyni zamanda ölkənin immunizasiya sisteminin gücləndirilməsi üçün önəmli proqram rolunu oynayacaq. Layihə Avropa […]

İndoneziya-Azərbaycan əlaqələrinin yeni səviyyəyə çatdırılması üçün əlimdən gələni əsirgəməyəcəyəm – Səfir

İndoneziyanın Azərbaycandakı səfiri təyin olunmağımdan şərəf hissi duyur, vəzifəmin məsuliyyətini tam dərk edirəm. Səfir olduğum müddətdə hər iki ölkənin hökumətləri və xalqları arasında dostluğu və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə, qarşılıqlı anlaşmanı və dostluğu yaxşılaşdırmağa səy göstərəcəyəm. Doğrusöztv.Az xəbər verir ki, bunu İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli […]