Sosial şəbəkələrə uşaqlarla bağlı məhdudlaşdırıcı addımların tətbiqi təklif olunur

Sosial şəbəkələrə uşaqlarla bağlı məhdudlaşdırıcı addımların tətbiqi təklif olunur. Bununla bağlı məsələ İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə uşaqların daha çox […]

Bakıda 15 istiqamətdə tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 5. […]

Putin və Lukaşenko İttifaq Dövləti çərçivəsində yeni qərarlar qəbul ediblər

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasının yekunları üzrə sənədlər imzalayıblar. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Onların arasında “İttifaq Dövlətinin Standartlaşdırma və Keyfiyyət Komitəsinin yaradılması haqqında”, “2025–2026-cı illər üçün İttifaq Dövlətinin ədəbiyyat və incəsənət sahəsində mükafatlarının verilməsi haqqında”, “2026-cı il üçün […]

DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər. Bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb. Abidənin önünə gül dəstələri qoyulub, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.

“Heç kimin ağlına bizə qarşı təxribat törətmək gəlməsin”

“Bu gün bu Memorial Kompleksin açılışında Xocalı sakinləri iştirak edir. Onların demək olar ki, hər biri öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər, uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün […]

İlham Əliyev: Xocalı soyqırımını törədən cinayətkarlar məhkəmə qarşısında cavab verdilər

Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular.Bunu Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı çərçivəsində Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Onun sözlərinə görə, məhz Azərbaycanın təkidli səyləri nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu […]

Azərbaycan və Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsini genişləndirir

Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olunub. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, bu məsələ Gürcüstan – Azərbaycan – Türkiyə biznes-forumu çərçivəsində Türkiyənin ticarət naziri Ömər Bolatla görüşdə müzakirə olunub. “Dost ölkə ilə iqtisadi tərəfdaşlığın […]

Paşinyanın 7 iyun sınağı – İtkisiz il kartı və Ermənistanın xilas kəməri – ŞƏRH

Son dövrlər Ermənistanın siyasi rəhbərliyinin ritorikasında kəskin və sistemli dəyişiklik müşahidə olunur. Bu isə Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni geosiyasi reallığın erməni hökuməti tərəfindən artıq qəbul edilməsindən xəbər verir. Ermənistanın parlament sədri Alen Simonyan, XİN başçısı Ararat Mirzoyan, parlamentin vitse-spikeri Ruben Rubinyan kimi yüksək rütbəli məmurların ard-arda verdiyi açıqlamalar […]

Türkiyə MN: Qəzaya uğrayan F-16-nın pilotu katapult sistemini son anda işə salıb

Türkiyə Milli Müdafiə Nazirliyi fevralın 25-də qəzaya uğrayan F-16 qırıcı təyyarəsi ilə bağlı araşdırma aparıldığını açıqlayıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Nazirlikdən bildirilib ki, Bolqarıstan sərhədində naməlum radar izi aşkar edildikdən sonra həyəcan siqnalı ilə iki F-16 döyüş təyyarəsi Balıkesirdəki Komandanlıqdan havaya qalxıb. Qeyd edilib ki, döyüş təyyarələrindən biri ilə […]