Bakıda yardım kampaniyasının ünvanı dəyişdi

alfonsonri

Bakıda Türkiyədə zəlzələdən zərər görənlər üçün təşkil edilən yardım kampaniyasının ünvanı dəyişib. Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib ki, Babək prospektində yerləşən “Doğtaş Mebel” qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbiylə dəyişdirilib. Artıq yardımlar Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində qəbul olunur. “Unikal”

Türkiyədəki zəlzələdə voleybolçular həlak oldu

alfonsonri

Malatyada 7,7 bal gücündə zəlzələ zamanı dağıntılar altında qalan Malatya Böyükşəhər Bələdiyyəsinin iki voleybolçusu Emincan Kocabaş və Mehmet Can Ağırbaş həyatlarını itiriblər.  Dogrusoztv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Malatya Kırçuval hotelinin dağıntıları altında qalan voleybolçuların cəsədləri saatlar sonra tapılıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894-ə çatdı

alfonsonri

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb. Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib. Onun sözlərinə görə, zəlzələ nəticəsində 5 775 bina dağılıb. “Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Bu işlərə faktiki olaraq 6 218 nəfər təyin edilib və işləyir. […]

Xankəndi-Laçın yolundakı aksiyanın 59-cu günü

alfonsonri

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli doqquz gündür davam edir. Havanın soyuq, qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir […]

Xilasedicilərimiz 16 nəfəri dağıntılardan sağ qurtardı – Video

alfonsonri

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Bu barədə FHN-dən məlumat verilib. Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində […]

Dünyası dağılan ata… – Türkiyədəki dəhşətin fotosu

alfonsonri

Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalanların axtarışları davam edir. Axtarış-xilasetmə işləri zamanı olduqca təsirli fotolar da lentə alınır. Belə dəhşətli fotolardan biri də Kahramanmaraşda çəkilib. Mesur Hancer adlı kişinin dağıntılar altında həyatını itirən 15 yaşlı qızı İrmakın əlini buraxmamasını əks etdirən foto dünya mediasının da manşetində yer alıb. Sözügedən fotoda […]

Paşinyan Ərdoğana zəng ETDİ

alfonsonri

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana telefon zəngi edib. Paşinyan dağıdıcı zəlzələdə həlak olanlara görə Ərdoğana başsağlığı verib, yaralılara şəfa diləyib. Paşinyan bildirib ki, erməni xilasedicilərin təyyarəsi İrəvan aeroportunda uçuşa hazırlanır. Ərdoğan Ermənistan hökumətinin başçısına kömək üçün təşəkkür edib. Türkiyə prezidenti qeyd edib ki, bu addım […]