Xaçmazda yanğın olub, ər və arvad ölüb. Hadisə Yalama kəndində baş verib. Məlumata görə, kənd sakini 1963-cü il təvəllüdlü Taqverdiyev Aslan Balasultan oğlu və həyat yoldaşı 1965-ci il təvəllüdlü Taqverdiyeva Rumayə Atakişi qızı yaşadıqları evə yanmış halda tapılıblar. Faktla bağlı araşdırma aparılır.
Dünyanın ilk hərbi PUA gəmisi Türkiyədə – VİDEO
Türkiyə pilotsuz döyüş təyyarələrini yerləşdirmək üçün hazırlanmış dünyanın ilk amfibiya hücum gəmisini istifadəyə verməyə hazırlaşır. Yeni “TCG Anadolu” gəmisinin göyərtəsinə 10 helikopter və 11 PUA, anqarına isə 19 helikopter və 30 PUA yerləşdirilə bilər. Uzunluğu 231 metr və eni 32 metrdir və ən azı 20,5 düyün sürətə çata bilir. “TCG […]
On doqquzuncu günün duası – İmsak və iftar vaxtı
Bu gün Ramazan ayının 19-cu günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 9-da imsak vaxtı saat 04:42-də, iftar vaxtı isə 19:28-dədir. İmsak duası: “Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin!”. Tərcüməsi: “İlahi, bu günün bərəkəti ilə […]
Türkiyədə məsciddən çıxanlara atəş açılıb, 6 nəfər yaralanıb
Türkiyənin Çorum vilayətinin İskilip rayonunda məsciddən çıxan insanlara tüfəngdən atəş açılıb. Hadisə nəticəsində 6 nəfər yaralanıb. Cinayəti törədən şəxs ərazidən qaçıb. Hazırda şübhəli şəxsin axtarışları davam edir. Faktla bağlı araşdırma aparılır.
Laçın-Xankəndi yolundakı aksiyanın 120-ci GÜNÜ
Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 120 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Həmişə olduğu […]
Ramazan ayının 18-ci günü – İmsak və iftar vaxtı
Sabah Ramazan ayının 18-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 9-da imsak vaxtı saat 04:44-də, iftar vaxtı isə 19:27-dədir. İmsak duası: “Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin!”. Tərcüməsi: “İlahi, məni bu ayda […]
“Ermənistanın hərbi təlimlərə daxil edilməsi səhv idi” – Pentaqon
Ermənistanın “Defender 23” sırasına daxil edilməsi sadəcə olaraq Pentaqonun daxili mətbuat xidməti komandasının səhvi olub. Bu barədə ABŞ Müdafiə Nazirliyi “Amerikanın səsi”nin sorğusuna cavab olaraq bildirib. Pentaqon qeyd edib ki, Ermənistan tərəfi heç vaxt “Defender 23” təlimlərində iştirak etməyib və iştirakçılar siyahısına daxil edilməməli idi.
Ceyhun Bayrmov iranlı həmkarı ilə müzakirə apardı
7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. XİN-dən bildirilib ki, tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər. Telefon danışığı zamanı, iki ölkə […]
Zelenski müsəlman əsgərlərlə birgə iftar etdi
Ukrayna prezidenti Volodimir Zelenski ölkənin müsəlman əsgərləri ilə birgə iftar edib. Bu barədə CNN məlumat yayıb. Ukrayna lideri Krım Müsəlman Mərkəzinin rəhbərlərinin və Ukrayna müsəlman liderlərinin nümayəndələrinin də iştirak etdiyi mərasimə qatılıb. O, ölkəsinin müsəlman icmasına təşəkkür edib: “Ramazan bayramı Ukraynanın hər yerində, hətta cəbhə xəttində və müharibə şəraitində belə […]
Abşeron icra hakimiyyətinin vəzifəli şəxsi həbs edildi
Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri davam Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Baş Prokurorluqdan verilən məlumata görə, istintaq zamanı Əli Həsənovun Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində […]