Bərdə sakini qonşusunu tüfənglə yaralayıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, bu gün saat 18 radələrində Bərdə rayonunda 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib. E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti […]
Ermənistandan daha bir təxribat: Məqsəd nədir? – VİDEO
Xəbər verdiyimiz kimi, bu gün Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib. Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada […]
Cənubi Afrika Respublikası Putini həbs edəcəkmi?
Cənubi Afrika Respublikasının hakim partiyası ölkənin Roma Statusundan çıxması ilə bağlı daxili müzakirələr aparıb. Buna səbəb Roma Statusu əsasında fəaliyyət göstərən Beynəlxalq Cinayət Məhkəməsinin mart ayında Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair order verməsi olub. Hakim partiyanın icra orqanları dördgünlük iclaslara başlayıb və bu iclaslar zamanı Roma Statusundan imtina məsələsi […]
Almaniya rus diplomatları kütləvi şəkildə ölkədən qovur
Rəsmi Berlin Rusiya diplomatlarının Almaniyadan kütləvi şəkildə çıxarılması ilə bağlı qərar qəbul edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Rusiya diplomatlarının Berlindən kütləvi şəkildə qovulmasına qarşılıqlı cavab vericək. Almaniya öhdəliklərini pozub. Onlar Rusiya-Almaniya münasibətlərini məhv etmək siyasəti yürüdürlər”, – məlumatda bildirilib.
“Qarabağ”dan ürəyi dayanan futbolçu ilə bağlı açıqlama
“Qarabağ”ın əvəzedici komandasının məşqində bədbəxt hadisə yaşanıb. Hazırlıq prosesində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb. 20 yaşlı Ş.Həsənzadə təcili tibbi yardımın köməyi ilə dərhal özəl xəstəxanalardan birinə çatdırılıb. Azərbaycan U-21 millisinin üzvünün həyatı üçün təhlükənin olduğu bildirilir. O, hələ də ayılmayıb. Həkimlərin ilkin müdaxiləsindən sonra Şirxan Hüseynzadənin vəziyyəti nisbətən stabilləşib. Bunu […]
Rusiya XİN-dən əsir hərbçilərimizlə bağlı açıqlama
Azaraq Ermənistan ərazisinə keçən və əsir götürülən iki Azərbaycan hərbçisi – Aqşin Bəbirov və Hüseyn Axundov barəsində araşdırma ədalətli olmalı və beynəlxalq hüquq normalarına uyğun aparılmalıdır. Bu barədə Report-a Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentindən bildirilib. Rusiya XİN-dən bildirilib ki, Ermənistanda iki azərbaycanlı hərbçinin saxlanılmasından xəbərdardırlar: “Ümid […]
Ramazan günü xalqı çaşdıran bu axundlar cəzalanmalıdır
Aprelin 21-i Azərbaycan xalqı İslamın iki müqəddəs bayramından biri olan Ramazanı qeyd etdi. Hər Ramazan olduğu kimi, təəssüf ki, bu il də bir sıra dini qruplar bayramın ayın 21-i yox, 22-i olduğunu israrla təbliğ etməyə, insanlar arasında nifaq salmağa çalışdılar. Bu barədə millət vəkili Ceyhun Məmmədov yazıb. Millət vəkili sözügedən […]
Laçın yolundan sülhməramlıların avtomobil karvanı keçib
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb. Rusiya sülhməramlılarına məxsus məxsus avtomobillər maneəsiz keçid edib. Xankəndind gələn 1 minik, 1 yük və 1 sərnişin daşıyan hərbi avtobus aksiya keçirilən yoldan keçid edərək Laçın istiqamətinə gedib.
Evdə oturub 102-yə zəng etdi, metroda partlayış olduğunu dedi
“20 Yanvar” metrostansiyasında partlayış olduğuna dair polisə yalan məlumat verən şəxs tutulub. “Qafqazinfo”nun məlumatına görə, 32 yaşlı Aqil Vəliyev (şərti) axşam saatlarında Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq metroda partlayış olması barədə məlumat verib. Məsələ araşdırılan zaman məlum olub ki, belə bir hadisə baş verməyib. Məlumatı verən şəxsin […]
Türkiyədə zəlzələdə ölənlərin sayı ARTDI
Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələlər nəticəsində həlak olanların sayı 50 783 nəfərə çatıb. Dogrusoztv.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb. Onun sözlərinə görə, həlak olanların 7302 nəfəri xarici ölkə vətəndaşı olub.Xatırladaq ki, daha əvvəl yayılan məlumatda zəlzələ nəticəsində […]