QMİ: Məscidlərdə bayram namazının qılınması mümkün deyil

“Nazirlər Kabineti yanında Operativ Qərargahın 10 nəfərdən artıq adamın bir yerə toplaşmamaq qadağası qüvvədə qaldığı üçün məscidlərdə bayram, cümə və camaat namazlarının bərpası mümkün deyil”.  Doğrusöztv.Az bildirir ki, bunu APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev deyib. Onun sözlərinə görə, qərar qüvvədə qaldığı müddətdə bayram namazını camaatla birgə qılmaq […]

Sevil Mikayılova aztəminatlı ailələrə və tənha yaşayan şəxslərə ərzaq yardımı edib (FOTO)

56 saylı Xaçmaz kənd seçki dairəsindən Milli Məclisin deputatı Sevil Mikayılova 50-dən artıq aztəminatlı ailəyə, eləcə də tənha yaşayan şəxslərə ərzaq yardımı edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, ərzaq yardımı ötən gün Xudat şəhərində Ləcət, Köhnə Xudat və Susayqışlaq inzibati ərazilərində yaşayan ailələrə çatdırılıb. Eyni zamanda, seçicilərə Azərbaycan Respublikası Nazirlər […]

Hikmət Babaoğlu: Donald Trampın Prezident İlham Əliyevə məktub göndərməsi dövlət başçımızın liderlik səylərinə verilən yüksək qiymətdir

ABŞ Prezidenti Donald Trampın Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərməsi dövlət başçımızın liderlik səylərinin yüksək qiymətləndirilməsinin göstəricisidir. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib. H.Babaoğlu bildirib ki, ABŞ-Azərbaycan münasibətləri bütün istiqamətlər üzrə yüksək tərəfdaşlıq münasibətləri […]

Mais Səfərli: “Milli Şura” Qərbdəki bəzi dairələrin xoşuna gəlmək üçün addımlar atır

Bu gün ölkəmizdə Azərbaycanın milli dəyərlərini heçə sayan, öz maraqlarını hər şeydən üstün tutan və yeri gələndə milli dəyərlərimizi tapdalamaq istəyənlər də var. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, bu gün “Milli Şura” bir çox hallarda heç öz sözünü belə […]

İsveçin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İsveçin Kralı XVI Karl Qustav Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm”.

BAŞ NAZİRDƏN QƏRAR: 8 GÜN İŞ OLMAYACAQ

Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib. Bununla bağlı Baş Nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Doğrusöztv.Az xəbər verir ki, qərara əsasən, xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 […]

“Kamil səni bizə əmanət edib” – Kənandan Kamilə dəstək

Məşhur rejissor Kənan Mahmudov sosial şəbəkədəki paylaşımı ilə marağa səbəb olub. Doğrusöztv.Az Milli.Az -a istinadla bildirir ki, Kənan instaqram hesabında bir neçə gün öncə həbs edilən idmançı Kamil Zeynallının anası Sahilə xanımla foto paylaşıb. O, fotonu paylaşaraq: “Kamil bir neçə günlük səni bizə əmanət edib. Elə dost üçün sənə təşəkkür edirəm” şərhini […]

Fransa hökuməti turizm sektorunun dirçəlməsinə 18 milyard avro yardım edəcək

Fransızlar iyul və avqust aylarında tətilə gedə bilərlər. Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, bu barədə Fransa Baş Naziri Eduard Filip turizmə yardımla bağlı hökumət planını təqdim edərkən deyib. Baş Nazir bildirib ki, ölkədə otellərin 95 faizi bağlıdır. Qeyd edib ki, Fransa tarixində ilk dəfə hökumət turizm sektorunun inkişafına 18 milyard […]

Prezident İlham Əliyevlə CISCO şirkətinin rəhbərləri arasında videokonfrans keçirilib

Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. APA-nın xəbərinə görə, videokonfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin […]

Rusiyalı ekspert: Azərbaycanda tikilən günəş elektrik stansiyası Avropa və keçmiş SSRİ ölkələri arasında dördüncü ən iri stansiya olacaq

Azərbaycanda tikilən günəş elektrik stansiyası Avropa və keçmiş SSRİ ölkələri arasında dördüncü ən iri stansiya olacaq. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə rusiyalı ekspert, iqtisad elmləri namizədi İqbal Quliyev deyib. Onun sözlərinə görə, bu gün bərpa olunan enerjinin inkişafı ölkənin dayanıqlı inkişafının zəruri şərtidir: “Azərbaycan dünyada 25 aparıcı neft-qaz istehsalçısından biri […]