Prezident İlham Əliyev Əbülfəs Qarayevin Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, sərəncama əsasən, Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib.
Ağstafaya yeni icra başçısı təyin olundu – SƏRƏNCAM
Prezident İlham Əliyev Seymur Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, sərəncama əsasən, Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev İmişliyə yeni icra başçısı təyin etdi
Prezident İlham Əliyev Elçin Rzayevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, sərəncama əsasən, Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
NAZIR YENI RƏISI KOLLEKTIVƏ TƏQDIM ETDI
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mühafizə İdarəsinin yeni rəisi polis polkovniki Nurullah Məmmədxanlını kollektivə təqdim edib. Doğrusöztv.az -ın məlumatına görə, nazir N.Məmmədxanlını şəxsi heyətə təqdim edib, Baş Mühafizə İdarəsinin əməkdaşlarına müasir dövrün tələb və çağırışları kontekstində xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi üçün konkret tapşırıq və tövsiyələrini verib, qarşıda […]
KAMRAN ƏLIYEV IKI RAYONA YENI PROKUROR TƏYIN ETDI
Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə fərqlənən işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir. Doğrusöztv.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov sosial şəbəkədə məlumat yayıb. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlərlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin […]
İlham Əliyev DTX ilə bağlı fərman imzaladı
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyətə başlayıb
“Parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyətə başlayıb”. Doğrusöztv.Az APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında komitə sədri Səməd Seyidov deyib. O bildirib ki, Milli Məclisdə Spiker Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində böyük islahatlar aparılır. Qeyd edək […]
Müdafiə naziri təlimlərdə məruzələri dinləyib, qoşunlar start mövqelərinə çıxarılıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı əməliyyat-taktiki təlimlərində qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Nazir təlimdə iştirak edən qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib. Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə cəlb edilən qüvvə və vasitələrin […]
XİN: Qeyri-qanuni “seçkilər” və qondarma “andiçmə” şousu Ermənistanın ilhaqçı siyasətinin növbəti bariz nümayişidir
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi açıqlama yayıb. Doğrusöztv.Az APA-a istinadən bildirir ki, açıqlamada deyilir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistanın təşkil etdiyi qeyri-qanuni “seçkilərin” və qondarma “andiçmə” şousunun təşkili Ermənistanın ilhaqçı siyasətinin növbəti bariz nümayişidir: “Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə ziddiyyət […]
Martın 1-də keçirilən buraxılış imtahanı üzrə ballar 100 ballıq şkalaya keçirilib
Dövlət İmtahan Mərkəzi 1 mart 2020-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak etmiş şagirdlərə müraciət edib. Doğrusöztv.Az bildirir ki, DİM-dən APA-ya verilən məlumata görə, imtahanda iştirak edən şagirdlərin hər fənn üzrə topladıqları ballar 100 ballıq şkalaya keçirilib və hər bir şagirdin imtahan nəticələri […]