İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib – YENİLƏNİB

İyunun 18-də Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Əvvəlcə birgə foto çəkdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra “Qurani-Kərim”dən ayə oxunub. Daha sonra İslam İnkişaf Bankı (IsDB) haqqında videoçarx nümayiş olunub. Dövlətimizin başçısı tədbirdə çıxış […]

Vaşinqtonla Tehranın anlaşma memorandumu – sülh, yoxsa savaş? – ŞƏRH

ABŞ və İran arasında sülh haqqında ilkin razılaşma sənədi imzalanıb. Sənədin əvvəl iyunun 19-da İsveçrənin Cenevrə şəhərində təntənəli mərasimlə reallaşdırılacağına dair xəbərlər yayıldı. Hətta, G7-nin Fransada keçirilən zirvə toplantısında qrupun üzvü olan dövlətlərin liderlərinin iştirakı ilə imzalanma tədbirinin keçirilməsi də gözlənilirdi. Ancaq bunların heç biri baş vermədi. ABŞ Prezidenti Donald […]

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

İyunun 22-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası öz işinə başlayacaq. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Qeyd olunub ki, 40-dan çox ölkənin parlament nümayəndə heyətinin, 10-dan çox ölkə spikerinin və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatılacağı sessiyada “Parlament […]

Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə “Dostluq” ordenini təqdim edib. Məhəmməd Süleyman Əl-Casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib. Qeyd edək ki, Məhəmməd Süleyman Əl-Casir ölkəmizlə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən bu […]

Sabah 38 dərəcə isti olacaq

Azərbaycanda iyunun 19-u 38 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 40-45 % […]

Sabah ölkə üzrə pensiyalar ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 19-da respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Prezident: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza, şəhərlərimizə qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq, 65 məscidin dağıdılmasını yaddan çıxarmayacağıq. Bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib. Onların məscidlərdə donuz və digər heyvanlar saxladıqlarını vurğulayan dövlət başçısı bunu heç zaman yaddan çıxarmayacağımızı […]

Azərbaycan nefti 82.6 dollara ticarət olunur

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.01 dollar azalaraq 82.60 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 82.61 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti […]