Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb. “Report” Qırğızıstanın Joqorku Keneşinə (parlamentinə) istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Joqorku Keneşin vitse-spikeri Bolot İbrahimovla görüşündə məlumat verib. Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığa dair aktual məsələləri, o cümlədən parlamentlərarası əlaqələrin inkişafını […]
Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq
Azərbaycanda havanın sabah 40 dərəcəyədək isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-26° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə […]
Azərbaycanda iyul ayının pensiyaları ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib. Bu barədə nazirlik məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika […]
İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar
Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsi I oxunuşda qəbul olunub. Yeni qanunla qanunsuz ovlanma və kvota pozuntularının qarşısının çevik şəkildə alınması məqsədilə balıqçılıq fəaliyyəti sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması rejimindən istisna kateqoriyasına […]
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib
Mili Məclis kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına dair cərimələri, toxumçuluq haqqında qanunvericiliyin pozulması hallarının da əhatə dairəsinin genişləndirilməsini və xaricdəki iqtisadi fəaliyyətə görə valyutanın ölkəyə qaytarılmaması haqda yeni cərimələri sonuncu oxunuşda qəbul edib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında […]
İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər
Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış edirlər. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib
Süni intellekt artıq reallığa çevrilib.“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Şuşa Qlobal Media Forumunda vaxtilə süni intellekt mövzusu müzakirə olunurdu: “Həmin vaxt süni intellektin […]
Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,38 ABŞ dolları və ya 4,3 % artaraq 81,29 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 77,32 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür
Bu gün general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasının növbəti ildönümüdür.Onların hər ikisi hərbçi peşəsini özlərinə həyat yolu seçmişdi. Bu mənada onların bioqrafiyalarında da yaxınlıq, oxşarlıq var idi. Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 1976-cı ildə Həşimovlar ailəsi Sumqayıt şəhərinə köçüb və burada yaşamağa […]