Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də Xocalı rayonu ərazisində “Agro-Lid” MMC tərəfindən salınmış intensiv meyvə bağları ilə tanışlıq olublar.İclas iştirakçılarına MMC-nin Xocalı rayonu ərazisindəki fəaliyyətləri haqqında məlumat verilib
Oman Sultanı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir: “Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi, sülh və firavanlıq arzulayıram”.
I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
Bu gündən dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi çərçivəsində bir sıra mərhələlərə start verilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) verilən məlumata görə, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək rus bölməsi üzrə prioritet hüququ olan uşaqlar üçün prioritet əsasında məktəb seçimi, prioritet hüququ olmayan […]
Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığın inkişafı üçün səmərəli alətdir
Azərbaycanda dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsi planauyğun şəkildə inkişaf edir. Bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxış edərkən bildirib. Onun sözlərinə görə, dünya iqtisadiyyatının transformasiyası şəraitində beynəlxalq investisiya əməkdaşlığının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir: “Bu kontekstdə strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün […]
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,94 ABŞ dolları və ya 4,55 % azalaraq 82,61 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 80,9 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Ağstafa su kanalında kişi batıb
Ağstafa su kanalının Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisindən keçən hissəsində kişi batıb. Kanalın “Məhsul” arena yaxınlığından keçən hissəsindən Dəmirov Sərxan Qüdrət oğlunun meyiti aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət:
Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb
Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin Baş katibinin müavini və Səhralaşma ilə mübarizə üzrə Konvensiyasının (UNCCD) icraçı katibi Yasmin Fuad ilə görüşüb. Görüşdə Azərbaycanda ekologiyanın qorunması, torpaq ehtiyatlarından səmərəli istifadə, eləcə də səhralaşma və quraqlıqla mübarizə üzrə həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda, IDEA İctimai Birliyi tərəfindən ölkəmizdə […]
Zaur Mikayılov: Müasir suvarma texnologiyalarının tətbiqi genişləndiriləcək
Kənd təsərrüfatının inkişafı yalnız yeni su mənbələrinin yaradılması ilə məhdudlaşmamalıdır. Əsas məqsəd hər kubmetr sudan daha yüksək səmərə ilə istifadə olunmasına nail olmaqdır. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün […]
Roma Papası XIV Leo Azərbaycana səfərə dəvət olunub
Roma Papası XIV Leo Azərbaycana səfərə dəvət olunub. Prezident İlham Əliyev bununla bağlı dəvət məktubunu iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edərkən təqdim edib.