ABŞ prezidenti Co Baydenin administrasiyası bəyan edib ki, İranın Rusiyaya mümkün ballistik raketlər təhvil verməsi Tehranın Kremlin Ukraynaya qarşı hərbi təcavüzünə dəstəyinin “dramatik eskalasiyası” anlamına gələcək. “Reuters”in məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savet bildirib. Amerika rəsmisi qeyd edib ki, ABŞ Ukraynaya genişmiqyaslı işğalın əvvəlindən […]
Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb
Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb. “Report”un məlumatına görə, idmançı bu dəfə 400 metr məsafəyə qaçışda gümüş mükafat əldə edib. O, finiş xəttini 55,09 saniyəyə keçib. Qeyd edək ki, Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda qızıl medal əldə etmişdi.
Sabah ölkə ərazisində 34 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bölgələrdə isə 34 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə […]
Bakıda evdə partlayış olub, xəsarət alan var
Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış evində partlayış olub, bir nəfər xəsarət alıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 50 m² olan birmərtəbəli ikiotaqlı fərdi yaşayış evində ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla […]
Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb
Azad olunan ərazilərdə xeyli silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, həyata keçirilən tədbirlərlə 31 avqust – 6 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 alışdırıcı, 4 süngü-bıçaq, […]
Bakıda bəzi yollarda hərəkət istiqaməti dəyişdiriləcək
Bakının bir sıra küçə və prospektlərində sentyabrın yeddisi saat 22:00-dan sentyabrın səkkizi saat 03:00-dək nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər keçiriləcək. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Yerüstü Nəqliyyat Agentliyi birgə məlumat yayıb. Bildirilib ki, Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və […]
Gürcüstanda zəlzələ oldu
Gürcüstanın cənubundakı Kvemo Kartli bölgəsinin Dmanisi şəhərində 4,1 bal maqnitudada zəlzələ baş verib. Bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Tbilisidən 49 km aralıda, zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Putinlə Pezeşkian görüşəcək
Rusiya və İran Prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş planlaşdırılır. Bu barədə məlumatı İranın Rusiyadakı səfiri Kazım Cəlali açıqlayıb. Onun sözlərinə görə, görüş Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində baş tutacaq. Həmçinin İran prezidentinin sammitdə iştirak edəcək digər liderlərlə, eləcə də İran icması ilə görüşü gözlənilir. Xatırladaq ki, bir müddət […]
Prezidentlə xanımının İtaliyaya səfəri başa çatdı
Sentyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb. Milanın Malpensa hava limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliyanın rəsmi şəxsləri yola salıblar.
Pavloqrad “İsgəndər”lə atəşə tutuldu – Ölən və yaralananlar var
Rusiya ordusu Ukraynanın Pavloqrad şəhərinə raket zərbələri endirib. Şəhər “İsgəndər-M” ballistik raketləri ilə atəşə tutulub. Hadisə nəticəsində 1 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb. Yaralılar arasında üç uşaq var.