Tokayev: “TBNM-nin Avropa TEN-T ilə inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edirik”

Orta Dəhlizin gələcək inkişafı geniş investisiya perspektivləri açır və bu baxımdan Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM – Orta Dəhliz) Trans-Avropa Nəqliyyat Şəbəkələrinə (TEN-T) inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edir. “Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Astanada Mərkəzi Asiya və Almaniya liderlərinin görüşü zamanı […]

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Davamlı İnkişaf üzrə Regional Direktoru Sameh Naguib Vahba və Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Prays ilə görüşüb. Müzakirələr zamanı Dünya […]

Paşinyan Bakıya dəvət edildi – Rəsmi

 Ötən ilin dekabr ayında əldə olunmuş razılığa əsasən, Ermənistan tərəfi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə namizədliyini dəstəkləyib. Bunun əvəzində Azərbaycan tərəfi də Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyib. Bu sözləri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Report-a […]

İranlı aparıcı Azərbaycanla bağlı bu sözlərinə görə qovuldu

İran dövlət televiziyasının “Üfüq” kanalının aparıcısı Hüseyn Hüseyni işdən çıxarılıb.Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, ermənipərəst və qatı anti-Azərbaycan mövqeli ekspert Ehsan Movəhhedianın da iştirak etdiyi verilişdə iranlı aparıcı Azərbaycan dövlətini “Şimali Azərbaycan” adlandırıb. Eyni zamanda, o, Azərbaycanın İranın “keçmiş əziz parçası” olduğunu dilə gətirərək deyib […]

Azərbaycan QHT-ləri: Ermənistanla Aİ arasında ticarətin 2,4 dəfə artması təəccüb doğurur

Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə Ukraynadakı müharibəni maliyyələşdirir. Bu barədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) ABŞ və Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktubunda bildirilib. Qeyd olunub ki, Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı sanksiya tətbiq edilməsinə baxmayaraq, bir sıra Aİ […]

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,19 ABŞ dolları, yaxud 0,25 % azalaraq 76,11 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 73,07 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin […]

Çempionlar Liqası: “Sabah” basketbol komandası mübarizəyə başlayır

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasında bu gün mübarizəyə start verəcək. Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv təsnifat mərhələsində İsveçin “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək. Bu raundun 1/4 final görüşü Türkiyənin Antalya şəhərindəki “Gloria Sports Arena”da təşkil olunacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Bakıda bu yollarda sıxlıq var – SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, […]

Milli Məclisdə 11 siyasi partiya təmsil olunacaq

Partiya mənsubiyyəti olan 81 seçilmiş deputatımız var. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, 11 siyasi partiya Milli Məclisdə təmsil olunacaq. Qeyd edilib ki, parlament seçkilərində dövlət qeydiyyatına alınmış 26 siyasi partiyadan 25-i iştirak edib.