İsrailin davranışı regionda vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxara bilər. Bu barədə İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşdə bildirib. Prezidentlər görüş zamanı əsasən regiondakı vəziyyəti müzakirə ediblər. “Report”
Azərbaycanın aldığı yeni qırıcıların üstünlükləri nələrdir? – Fotolar
Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub. Bu təyyarələr Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq istehsal edilib. JF-17C […]
DSX-nin baş giziri restoranda öldürülmüşdü – Bu cəza verildi
Restoranda bir nəfəri öldürməkdə, digərinə xəsarət yetirməkdə ittiham olunan Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Orxan Zeynalov 19 il, İlqar Abdurrahmanov isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki müttəhim cəzasını […]
“30-dan çox ölkənin baş prokuroru Bakıdakı konfransda toplaşacaq”
“95 ölkədən 500-ə yaxın prokuror paytaxtda təşkil olunan konfransda iştirak edəcək”. Bunu baş prokurorun müavini Heydər Məmmədov mediaya müsahibəsində bildirib. O bildirib ki, 177 ölkə üzrə 350 mindən artıq üzvü olan dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı – Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) hər ilin sentyabr ayında İllik Konfransı və […]
Prezidentə JF-17C təyyarələri təqdim olundu
Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Tələbə qız vəfat etdi – Foto
Bakı Qızlar Universitetinin tələbəsi vəfat edib. Bu barədə “Azərbaycan tələbələri” feysbuk səhifəsi məlumat yayıb. M. Rəsulzadə universitetin Məktəbəqədər təhsil ixtisasının II kurs tələbəsi olub. Onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.
Neftimiz bahalaşdı
Dünya bazarında Azərbaycan nefti bahalaşıb. “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,86 ABŞ dolları, yaxud 1,11 % artaraq 78,21 ABŞ dolları təşkil edib. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) […]
Bu yollarda tıxac var – Siyahı
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edirik: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 4. […]
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb
Ölkəmizdə keçirilən “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb Qeyd olunub ki, görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və gələcəkdə daha […]
İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi çox sürətlə inkişaf edir
Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir. Bu, Prezident İlham Əliyevin “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciətində qeyd edib. Dövlət başçısı bildirib ki, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə […]