“Global Media Group” və BMT-nin Qlobal Sazişi arasında memorandum imzalanıb

Oktyabrın 9-da “Global Media Group”un İdarə Heyətinin sədri Elnur Abdullayev və BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən müvafiq qurumlar dayanıqlı biznes təcrübələrinin və BMT-nin Qlobal Sazişinin 10 prinsipinin cəmiyyətdə təbliği istiqamətində birgə tədbirlər həyata keçirəcəklər. Bir müddət öncə Qlobal Sazişə üzv kimi qoşulan “Global […]

Azərbaycana qarşı “səlib yürüşü”: Bakı oyunları pozacaq – TƏHLİL

Son vaxtlar Azərbaycana qarşı təzyiqlər intensivləşib. Müxtəlif güclər, o cümlədən Fransa, ABŞ fərqli bəhanələrlə rəsmi Bakının nüfuzuna xələl gətirməyə çalışırlar. Onlar bu məqsədlə həm də Ermənistandan istifadə edirlər. İndiki məqamda hərbi-siyasi təxribatların artması təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan böyük bir beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə […]

Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı – Fərman

İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Fondun nizamnamə kapitalı 980 milyon 700 min manatdan 1 milyard 68 milyon 400 min manata qaldırılıb. İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün […]

Britaniyanın iqlim məsələləri üzrə naziri Azərbaycana gəlib

Böyük Britaniyanın iqlim məsələləri üzrə naziri Kerri Makkarti Azərbaycanda işgüzar səfərdədir. Bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “İqlim dəyişikliyi ilə mübarizədə daha bir mühüm həftə Bakıda başlayır. Bu həftə ərzində diqqət COP29 danışıqlarına yekun hazırlıqlara yönəldiləcək. Nümayəndə heyətimizə Böyük Britaniyanın iqlim məsələləri üzrə naziri Kerri […]

“Sabah” avrokuboklarda növbəti oyununa çıxır

“Sabah” FIBA Avropa Kubokunun qrup mərhələsində bu gün ilk oyununu keçirəcək.  Rimas Kurtinaytisin rəhbərlik etdiyi Azərbaycan təmsilçisi G qrupunda Belçikanın “Spiru” komandası ilə üz-üzə gələcək. Şarlerua şəhərindəki “Dome Şarlerua” arenasında baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək. Qrupun digər oyunu Yunanıstanda, saat 21:15-də yerli “Marussi” və […]

Neftimizin qiyməti ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,33 ABŞ dolları, yaxud 4,1 % azalaraq 79,58 ABŞ dolları təşkil edib. Xatırladaq ki, ötən gün Azərbaycan nefti 82.91 dollara ticarət edilib. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il […]

Tıxac olan yolların – Siyahısı

Bakının bir çox yollarında tıxac müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, “20 […]