Son günlər ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarında müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.Bu barədə Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev açıqlama verib. Mütəxəssis qeyd edib ki, intensiv yağıntılar lokal aktivləşmələrə və bəzi yerlərdə sürüşmə hadisəsinin baş […]
İcra Hakimiyyətinin vəzifəli şəxsi 36 yaşında vəfat etdi
Oktyabrın 14-də Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşı Elnur Rufullayev vəfat edib. O, ŞİH başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, 3-cü dərəcə dövlət qulluqçusu olub. Bildirilir ki, 36 yaşlı E.Rufullayev bir neçə gün əvvəl insult keçiribmiş və Bakıdakı xəstəxanaya yerləşdirilibmiş. Allah rəhmət eləsin!
Bu ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Bu gün paytaxtın Nəsimi rayonunda transformator məntəqəsində həyata keçirilən təftişlə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Lev Tolstoy, Mərdanov qardaşları, Həzi Aslanov küçələrinin bir hissəsində mərhələli şəkildə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin […]
Onlar direktor müavini təyin olundu
Kolleclərə direktor müavinləri təyin olunub. Təyinatlarla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən müvafiq əmrlər imzalanıb. Əmrlərə əsasən, Nərmin Hətəmova Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecinə, Nigar Səfxanova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər. Qeyd edək ki, […]
Meydandan qovulan Mahir – “Tənqidə açığam”
Xəbər verdiyimiz kimi, UEFA Millətlər Liqasında Azərbaycan millisi Bakıda Slovakiyaya 1:3 hesabı ilə məğlub olub. Qarşılaşmanın 71-ci dəqiqəsində Mahir Emreli qırmızı vərəqə alaraq meydandan qovulub və millimizi azlıqda qoyub. Hücumçu sosial şəbəkə hesabında paylaşım edərək bunları yazıb: “Hörmətli azarkeşlər, ilk öncə dəstəyinizə görə təşəkkür edirəm! Hər biriniz içimdə olan vətən […]
Bakının bir sıra yollarında tıxac müşahidə edilir
Bakının bir sıra yollarında tıxac müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 5. Xətai prospekti, Heydər Əliyev prospekti […]
Bir sıra məhkəmələrə sədr və sədr müavinləri təyin edildi – Sərəncam
Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, apellyasiya instansiyası məhkəmələri üzrə yeni təyinatlar belədir: Rafiq Musa oğlu Cəfərov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin […]
Növbəti 2 gün hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında oktyabrın 15-16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, əsasən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var: “Gün ərzində cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal […]
Erməniləşən türk torpaqları – ad gününü yiyəsiz qeyd edən İrəvan – TƏHLİL
Azərbaycanın müasir dövrədək gəlib çıxan şəhərlərinin yaşı haqqında müxtəlif rəqəmlər deyilir. Bakı, Dərbənd, Şamaxı, Ərdəbil, Gəncə, Urmiya, İrəvan, Təbriz, Tiflis, Ordubad, Naxçıvan və başqalarının salınması, insanların məskunlaşmasına dair fərqli fikirlər, məlumatlar söylənilir. Bəzən həmin şəhərlərə başqaları da yiyə çıxmağa cəhd göstərirlər. Odur ki, arxeoloji qazıntılar, tarixi mənbələr, etimologiya və başqa […]
Kəmaləddin Heydərov həkimi rəis təyin etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinə yeni rəis təyin edilib. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fuad Məmmədov sözügedən xidmətə rəis təyin olunub. Fuad Məmmədov indiyədək Şamaxı şəhərində həkim kimi çalışıb. Qaynarinfo