COP29-da dini liderlər də iştirak edir

“Allah-təalanın bizim üçün yaratdığı dünyanı qoruyub saxlamaq hər kəsin ən müqəddəs borcudur. Hazırda dünyada baş verən hadisələr, müharibələr, qırğınlar təbiətin gələcəyinə, iqliminə təsir göstərir”. Bu fikirləri Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. […]

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun – Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 29 il əvvəl – 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan […]

COP29-un bugünkü GÜNDƏLİYİ

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 100 minə yaxın nümayəndə təmsil edir. Konfransın ikinci gününün proqramını təqdim edirik. Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür. Yaşıl Zona üzrə […]

Ərdoğan Bəşər Əsədlə bir arada

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə Toplantısında iştirak edib. Sammitdə Suriya prezidenti Əsəd də iştirak edib. İki liderin Ər-Riyadda mümkün görüşü ilə bağlı rəsmi açıqlama verilməyib.

Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşdü

Son bir ildə Ermənistanla Azərbaycan arasında fəal danışıqlar nəticəsində ciddi irəliləyişlər, həmçinin sərhədlərin delimitasiyası sahəsində irəliləyişlər var. Bunu Azərbaycan Prezidenti İlham Əliyev COP29-da iştirak etmək üçün Bakıya gələn Belçikanın Baş naziri Aleksandr De Kro ilə görüşdə deyib. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülh […]

İlham Əliyev: Azərbaycan İslam dünyasının daha da birləşməsi üçün çalışır

Azərbaycan İslam dünyasının daha da birləşməsi üçün çalışır. Bunu Prezident İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşündə deyib. O, İslam dünyasında bölücülük cəhdlərinin mövcudluğunu təəssüflə qeyd edib. Prezident İlham Əliyev bütün dinlərin nümayəndələrinin Azərbaycanda rahat yaşadıqlarını bildirib.

Qəbələdə ağır qəza – 1 ölü, 3 yaralı

Bu gün saat 09 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində ağır yol qəzası baş verib. Hadisə vaxtı “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü 1964-cü il təvəllüdlü Ağamalı Xanalıyev aldığı xəsarətlərdən ölüb. “Mercedes”in sürücüsü 30 yaşlı Elgün Məmmədzadə və iki sərnişini isə yaralanıb. DİN-in Mətbuat xidmətinin Şəki regional […]