Ümidliyik ki, COP29-da iqlim maliyyələşməsi ilə bağlı müsbət və dünya dövlətlərinin gözləntisinə uyğun olan qərar qəbul olunacaq. “Report”un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazir xatırladıb ki, bu il keçirilən COP-un əsas mövzusu iqlim maliyyələşməsidir: “Bununla bağlı COP-a hazırlıq dövründə intensiv danışıqlar, müzakirələr aparılırdı. […]
COP29-un 5-ci gününün GÜNDƏLİYİ
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.Noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir. Konfransın beşinci gününün proqramını təqdim edirik: Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür. Yaşıl Zona üzrə tədbirlər: […]
Bakıda 4 marşrutun fəaliyyəti BƏRPA EDİLİR
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentli (AYNA) noyabrın 18-dən başlayaraq bir sıra marşrutların fəaliyyətini bərpa edir. 2, 6, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutların hərəkət sxemləri bərpa ediləcək. Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi həyata keçiriləcək.
“Orta Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” proqramı təsis edilib
Energetika Nazirliyi Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə birlikdə “Orta Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” (APRECA) adlı proqram təsis edib. “Report” xəbər verir ki, noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji […]
Spiker Millətlər Birliyinin Baş katibi ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi Patrisiya Skotlend ilə görüşüb. Görüşdə Azərbaycan və Birlik arasında əlaqələr, tərəfimizdən COP29 və bir COP29-a sədrliyi irəli sürdüyü qlobal layihələr üzrə fikir icra edilib. Spiker Sahibə Qafarova Patrisiya Skotlendlə bundan əvvəlki görüşləri açıq şəkildə xatırlayaraq, Baş katibin bu vəzifədə ölkəmizə cari […]
Mikayıl Cabbarov: “Azərbaycan daha güclü regional əməkdaşlıq və inteqrasiyanın təşviqinə sadiqdir”
Asiya İnkişaf Bankı (ADB) və Bankın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) üzv olan ölkələr regional əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səmərəli səylər göstərirlər. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində keçirilən “İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığı üzrə Nazirlər Görüşü”ndə bildirib. Onun sözlərinə görə, Azərbaycan daha güclü […]
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casir ilə görüşüb. Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casirin iştirakı ilə “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Agentlik müqaviləsi, “Azərbaycan Respublikası […]
Paşinyan üçtərəfli bəyanatı imzalamasından danışdı: “..mən bunu niyə etdim?”
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədə atəşkəs yaradan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı hansı situasiyada imzalamasından danışıb. Modern.az-ın məlumatına görə, noyabrın 14-də parlamentdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı baş naziri Nikol Paşinyan deyib: “9 noyabr 2020-ci il tarixində bildirdim ki, hazırda heç kimin fikri ilə […]
Yeni ildə neçə gün iş olmayacaq?
2024-cü ilin dekabrın sonu və 2025-ci ilin yanvarın əvvəlində qeyri-iş günlərinin sayı açıqlanıb. 2024-cü ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü və 2025-ci ilin yanvarın 1 və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günüdür. Yəni, 3 gün iş olmayacaq. 2024-cü ilin dekabrın 30-u həftənin ilk gününə təsadüf edir. Adətən […]
“İqlim Skaneri”nin ilkin nəticələri təqdim olunub
Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “ClimateScanner” (“İqlim Skaneri”) layihəsinin nəticələri açıqlanıb. Bu barədə COP29 çərçivəsində təşkil olunmuş “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlimSkaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə məlumat verilib. Ali Audit Orqanlarının Beynəlxalq […]