Müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən sürət həddinə əməl etmələri xahiş olunur.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda: 1. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 2. “20 Yanvar” dairəsində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; […]
Lesli Adoqame: “Afrikada tullantıların yandırılması alternativ həllərlə əvəz edilməlidir”
Afrikada tullantıların yandırılması bu istiqamətdə problemləri həll etmir. Bunu Nigeriyanın Fəaliyyət və İnkişaf üçün Davamlı Tədqiqatlar (SRADev) təşkilatının icraçı direktoru Lesli Adoqame Metan üzrə Qlobal Öhdəlik çərçivəsində keçirilən tədbirdə bildirib. “Tullantıların yandırılması Afrikada bu istiqamətdə problemlərin həlli üçün yol deyil. Bu, kömür yandırılması kimi çirkli enerji mənbəyidir. Üstəlik, bu, israfçı […]
Ərdoğan G20 liderlərinin sammitində iştirak edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18-19 noyabr 2024-cü il tarixlərində Rio-de-Janeyroda keçiriləcək G20 liderlərinin 19-cu sammitində iştirak etmək üçün Braziliyaya səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “X” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, sammit çərçivəsində prezident G20 liderleri, eləcə də digər dövlət və hökumət […]
UEFA Millətlər Liqası: İsveç – Azərbaycan matçının təyinatları açıqlanıb
Azərbaycan millisinin UEFA Millətlər Liqasının VI turunda İsveç yığmasına qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb. Solna şəhərindəki “Strouberri Arena”da baş tutacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Pavel Raçkovskiyə Radoslav Sieyka, Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voytsex Muts yerinə yetirəcək. Qeyd edək ki, noyabrın 19-da reallaşacaq […]
Leysan xarakterli yağış yağacaq – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 17-si günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb Bildirilib ki, 16-sı axşam şimal və qərb rayonlarından başlayaraq 17-si axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı, […]
Mədəniyyət naziri: Türkiyə iqlim davayanıqlığına nail olmaq üçün əməkdaşlığa sadiqdir
Türkiyə iqlim dayanıqlığına nail olmaq yolunda əməkdaşlığa sadiqliyini təsdiqləyir. Bunu Türkiyənin mədəniyyət naziri Mehmet Nuri Ersoy COP29 çərçivəsində keçirilən nazirlərin görüşündə bildirib. “Əminəm ki, Azərbaycanın rəhbərliyi altında bu konfrans bizi iqlim dəyişikliyi probleminin həllinə və beynəlxalq ictimaiyyətin gözləntilərinin yerinə yetirilməsinə gətirib çıxaracaq. Beynəlxalq əməkdaşlıq həmçinin qarşıya qoyulmuş məqsədlərə nail olmaq […]
Özbəkistanın ekologiya naziri: COP29 qlobal ekoloji gündəliyi müzakirə etməyə imkan verir
Bakıda keçirilən COP29 dünya ictimaiyyətinə qlobal ekoloji gündəliyi müzakirə etmək üçün böyük imkanlar yaradıb. Bunu Özbəkistanın ekologiya naziri Əziz Abduhakimov COP29-un kuluarlarında “NEWS.ru” portalına bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi tədbiri ən yüksək səviyyədə təşkil edib. “Azərbaycanlı həmkarlarımı və dostlarımı tədbirin uğurla keçirilməsi münasibətilə təbrik edirəm. Hər şey ən yüksək […]
Rövşən Rüstəmova yeni müavin TƏYİN EDİLDİ – DOSYE
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib. Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib. Arif Ramiz oğlu Ağayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2002-ci ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib. 2011-2012-ci […]
Sülh sazişi ilə bağlı konkret razılaşma yoxdur – XİN rəhbəri
Xarici işlər naziri Ceyhun Bayramov ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmamasına münasibət bildirib. Nazir jurnalistlərə açıqlamasında deyib ki, danışıqlar prosesinin iki komponenti var: “Biri fiziki görüşlərdir və bunun əhəmiyyəti var. Hazırda Azərbaycan nümayəndə heyətinin əsas fokusu COP-la bağlıdır. Bu səbəbdən dekabrdan öncə fiziki görüşlərin olması mümkün deyil. […]