Cənubi Koreyanın müdafiə naziri Kim Yong-Hyun ölkədə hərbi vəziyyətin elan olunmasından sonra yaranan vəziyyətə görə vətəndaşlardan üzr istəyib və istefa verib. Bu barədə məlumatı “Yonhap” agentliyi yayıb. Ölkə mediasının məlumatına görə, məhz Kim Yong-Hyun Prezident Yun Sok Yola ölkədə hərbi vəziyyət elan etməyi tövsiyə edib. Xatırladaq ki, dünən Cənubi Koreya […]
Dünənki partlayışdan şoka düşən qadın öldü
Sumqayıtda ötən gün baş verən partlayış zamanı şok keçirən qonşu qadın bu gün ölüb. Dekabrın 3-də Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində partlayış baş verən mənzillə qonşu olan evdə yaşayan 1952-ci il təvəllüdlü qadın bu gün həyatını itirib. İlkin məlumata görə, sözügedən hadisənin şokundan ayılmayan qadın ürəktutmadan ölüb.(Report)
Naxçıvanda axund intihar etdi – Foto
Naxçıvanda intihar hadisəsi baş verib. Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri, axund Sahib Məmmədov intihar edib. O, yaşadığı evdə özünü asıb. Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.(Unikal)
Dəmir yollarında 11 ayda 16 toqquşma – 11 ölü
Bu ilin yanvar-noyabr aylarında ADY-yə məxsus dəmir yollarında qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 toqquşma hadisəsi baş verib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. Bildirilib ki, baş verən hadisələr nəticəsində nəticədə 6 nəfər xəsarət alıb, 11 nəfər həyatını itirib. Məlumatda qeyd edilib ki, dəmir yolunda qəza […]
Messi və komanda yoldaşları Bakıya gəlir – Bu tarixdə
Futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Alba (Jordi Alba) Bakıya gəlirlər! Dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu – dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaq. İştirakçılar […]
Makronu zəif adlandırdı
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronu öz vəzifəsindən getməli olan zəif şəxs adlandırıb. Medvedev bu barədə öz teleqram kanalında paylaşım edib. “Fransa Prezidenti Makron hökumət böhranının öhdəsindən gələ bilmədi və getməlidir. O, zəifdir”, – deyə sədr müavini qeyd edib. D.Medvedev, həmçinin Makronun hazırda ABŞ tərəfindən […]
Cənubi Koreya prezidentinə qarşı impiçment proseduru başladıldı
Cənubi Koreyada altı müxalif partiya Prezident Yun Sol Yola qarşı impiçment prosedurunu başladıb. Bu barədə məlumatı “Yonhap” agentliyi yayıb. Qaydalara əsasən, impiçment ilə bağlı təklifə səsvermə məsələnin plenar iclasda nəzərdə keçirilməsindən sonra 24-72 saat ərzində baş tutmalıdır. Sözügedən plenar iclas isə dekabrın 5-i axşam saaatlarında keçirilməlidir. Bu isə o deməkdir […]
“Səylərimiz mütləq 20-25 ildən sonra özünü göstərəcək”
“Azərbaycanın bir çox dövrlərdə məktəbəqədər təhsillə əhatə olunması 10 faiz civarında olub. Hazırda hədəfimiz bu rəqəmi 50 faizə çatdırmaqdır. Bu, çox böyük göstəricidir”. Bunu “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” II Beynəlxalq Konfransda elm və təhsil naziri Emin Əmrullayev bildirib. O qeyd edib ki, nazirliyin ən böyük islahatlarından biri 5 yaşlı […]
“Həmin qadına maaşının 3 qatını verməsəm, kişi deyiləm” – Ağadadaş Ağayev
Xalq artisti Ağadadaş Ağayev xəstəxana əməkdaşları ilə arasındakı insidentlə bağlı Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdən sonra açıqlama verib. Baku TV-yə danışan Ağadadaş Ağayev bir sıra suallara aydınlıq gətirərək, qarşı tərəflə barışıq məsələsinə də toxunub: “Mən onu deyə bilərəm ki, Nəzakət xanımın ayağına balta dəyməyib. O, yara almayıb. Nəzakət xanım qadındır, […]
“Brent” neftinin qiyməti 74 dollara yaxınlaşıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,27% artaraq 1 barelə görə 73,82 ABŞ dolları təşkil edib.Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,24% artaraq 1 barelə […]