Alen Simonyan: Azərbaycanla danışıqlar erməni tərəfinin xəbər sızdırması səbəbindən uğursuz olub

Ermənistan parlamentinin spikeri Alen Simonyan etiraf edib ki, bir sıra hallarda Azərbaycanla danışıqlar erməni tərəfinin məlumat sızdırması səbəbindən uğursuz olub. Bu barədə A.Simonyan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, məlumat sızıntısının günahkarı Ermənistanın hakim partiyasının deputatı Ovik Aqazaryandır. “Baş nazir Nikol Paşinyan gəlib bizə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün təfərrüatlarını […]

Pərviz Şahbazov Lənkəranda vətəndaşları qəbul edəcək

Dekabrın 13-də energetika naziri Pərviz Şahbazov Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-dan başlayaraq Lənkəran şəhər Mədəniyyət Mərkəzində (ünvan: Akademik Zərifə Əliyeva küçəsi, 99) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, […]

Naxçıvan Sənaye Parkı yaradılır

Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkı yaradılır. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, Park sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir; […]

Sabah Bakıya leysan yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 6-da gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-85 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti […]

Cəlilabadda yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub – YENİLƏNİB

Cəlilabad rayonunda baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub. “Report”un Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 1965-ci il təvəllüdlü Göytəpə şəhər sakini Əyyub Əsədov ölüb, yük avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Ağcabədi rayon sakini Orxan Səfərov isə yaralanıb. Faktla bağlı araşdırmalar davam […]

Azərbaycanın MMA döyüşçüsünün “Rizin”dəki növbəti rəqibi bəlli olub

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmovun “Rizin” Döyüş Federasiyasındakı növbəti rəqibi bəlli olub.Bu barədə qurumun rəsmi “X” hesabı məlumat yayıb. O, dekabrın 31-də braziliyalı Roberto Satoşi Souza ilə üz-üzə gələcək. 71 kq çəki dərəcəsindəki döyüş Yaponiyadakı “Saitama Super Arena”da təşkil ediləcək. Qeyd edək ki, Vüqar Kərəmov “Rizin”dəki son görüşündə yaponiyalı Kazumasa […]

İlham Əliyev onları təltif etdi – Siyahı

Prezident İlham Əliyev Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən, insan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği […]

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,26 ABŞ dolları, yaxud 0,3 % artaraq 76,31 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 72,33 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin […]

Müğənni 104 min manatını geri ala bilmir: “Sizə halal etmirəm” 

Əməkdar artist Yusif Mustafayev dostlarına verdiyi 104 min manat borcu hələ də geri ala bilməyib.Bu barədə sənətçi “Xəzər axşamı” proqramında danışıb. O, borc verdiyi pulları əziyyətlə qazandığını bildirib: “Verdiyim borcları hələ də almamışam. Dostlarımdır, amma deyirəm ki, adlarını çəkəcəyəm, qınaq obyektinə çevriləcəklər. Biz ailə dostları olmuşuq. İndi ancaq salam-sağol var. […]

Bakının tıxaclı yolları… – Siyahı

Bakıda tıxac olan yollar açıqlanıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 4. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində; […]