“Dünyada iki lider qalıb, biri mən, digəri Putin” – Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada yalnız iki liderin qaldığını bildirib. Ərdoğan bu barədə Qaziantepdə gənclərlə görüşündə danışıb. O, sözügedən liderlərdən birinin özünün, digərinin isə Rusiya Prezidenti Vladimir Putin olduğunu deyib. Ərdoğan fikrini uzun müddət hakimiyyətdə olmaqları ilə əsaslandırıb: “Hazırda dünyada iki lider qalıb, mən və Putin. Bunu mən olduğum […]

Bakının bir sıra yollarında tıxac var – SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 4. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə […]

Ukrayna Danimarkadan F-16 qırıcılarını alıb –  Zelenski

Danimarka F-16 qırıcı təyyarələrinin ikinci partiyasını Ukraynaya göndərib. Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün sosial media hesabında yazıb. “Danimarkanın Ukrayna üçün göndərdiyi F-16 qırıcılarının ikinci partiyası artıq ölkədədir”, – deyə dövlət başçısı bildirib. İkinci partiyada Kiyevə tədarük olunan qırıcıların sayı barədə məlumat verilmir. Qeyd edək ki, noyabr ayında Danimarkanın […]

Əsgər yaxınlarının nəzərinə! – Görüşlər məhdudlaşır

Son günlər ölkəmizdə qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması ehtimalı yaranır. Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub. Bu, Müdafiə və Səhiyyə Nazirliklərinin birgə məlumatında qeyd edilib. Hərbi hissələrin […]

Neftimiz bu gün də ucuzlaşdı

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,97 ABŞ dolları, yaxud 1,29 % azalaraq 74,43 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 71,12 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin […]

Milli Məclisin sədri Belarusa səfərə dəvət olunub

Milli Məclisin sədri Sahibə Qafarova Belarusa səfərə dəvət olunub. Bunu Belarus Milli Assambleyası Respublika Şurasının Qanunvericilik və dövlət quruculuğu məsələlərinə üzrə daimi komitəsinin sədr müavini Aleksey Vasiliyev Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib. Onun sözlərinə görə, dəvət Böyük Vətən Müharibəsinin 80 illiyi ilə əlaqədar keçiriləcək […]

İstanbulda binada partlayış – 1 ölü, 3 yaralı

İstanbulda 14 mərtəbəli yaşayış binasında partlayış olub. Partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Dağıntılar altında qalanların da olduğu bildirilir. Hadisə yerinə çoxsaylı polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. İlkin məlumata görə, partlayışa qazsızma səbəb olub. www.AzadMedia.az  Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. […]

Qətərdə görüşəcəklər

Suriyada vəziyyətin nizamlanmasına dair Astana formatının iştirakçı ölkələrinin (Rusiya, İran, Türkiyə) xarici işlər nazirləri Qətərdə danışıqlar aparacaqlar. Bu barədə məlumatı Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova açıqlayıb. Görüş dekabrın 7-də 22-ci Doha forumu çərçivəsində baş tutacaq.  Qeyd edək ki, Astana platforması Suriyada döyüşən tərəflər arasında hərbi əməliyyatların dayandırılması haqqında danışıqların […]