Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 21-də Nayrobi şəhərində bu ölkənin ən qədim təhsil ocaqlarından olan Nayrobi tam orta məktəbinə baş çəkib. Məktəbdə Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində avadanlıqlarla təchiz edilmiş laboratoriya və kompüter sinfinin açılışı olub. Sonra Leyla Əliyeva Nayrobi şəhərindəki Kangemi Tibb Mərkəzinə […]
Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin diplomatik korpusunda dəyişikliklər haqqında fərmanlar imzalayıb. Bu barədə Ukrayna Prezidentinin rəsmi saytında dərc edilən sənədlərdə bildirilib. V.Zelenski Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsanı işdən azad edib. Həmçinin Yaponiyadakı səfir Sergey Korsunski, Çindəki səfir Pavel Ryabikin və 2022-ci ilin mayından Sloveniyadakı səfir vəzifəsini tutan sabiq müdafiə […]
MSK bələdiyyə seçkilərində daha 10 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb
Mərkəzi Seçki Komissiyası (MSK) daha 10 siyasi partiyanın bələdiyyə seçkilərindəki səlahiyyətli nümayəndələrini qeydə alıb. Bununla bağlı MSK-nın dekabrın 21-də keçirilən iclasında qərar layihəsi müzakirə olunub. MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, quruma müraciət edən Respublikaçı Alternativ (REAL), Ağ Partiyası, Gələcək Azərbaycan (GAP), Ədalət, Vəhdət, Haqq Ədalət (HƏP), Demokrat (ADP), Azad […]
İranın Suriya səfirliyinin əməkdaşı öldürülüb
“İranın Dəməşqdəki səfirliyinin işçisi avtomobilinə edilən terror aktı nəticəsində həlak olub”. Bunu İran Xarici İşlər Nazirliyi bəyanat yayıb. “Dekabrın 15-də terrorçu ünsürlər İranın Dəməşqdəki səfirliyinin əməkdaşı Seyid Davud Bitərəfin avtomobilini atəşə tutub və o, öldürülüb”, – İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Makronun doğum günündə qalmaqal: Fransa prezidenti irqçilik və homofobiyada ittiham olunur
Fransa prezidenti Emmanuel Makron bu gün doğum gününü və gələn həftə Milad bayramını qeyd etməyə hazırlaşarkən, “Le Monde” qəzetində dərc olunan və sol müxalifətin etirazına, irqçilik, seksizm və homofobiya ittihamlarına səbəb olan məqalə ucbatından çətin günlər yaşaya bilər. Mayott adasındakı dağıdıcı qasırğa və hökumət böhranından əlavə, “Le Monde” qəzetindəki son […]
Direktorların işə qəbulu üzrə imtahan keçirilir
“Bu gün şagird sayı 500 nəfərdən çox olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir”. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müsabiqənin test imtahanı mərhələsinə 1652 namizəd dəvət edilib. “Test imtahanında namizədlərə pedaqogika və […]
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,2 % azalaraq 75,12 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 72,94 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin […]
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkası zamanı baş verən faciəli hadisə ilə bağlı başsağlığı verib. Azərbaycan Prezidentinin məktubunda deyilir: “Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə […]
Bu ilin 11 ayı ərzində 505 yol qəzası olub, 344 nəfər ölüb
Cari ilin 11 ayı ərzində 505 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 344 nəfər ölüb, 335 nəfər isə yaralanıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, qarşıdan gələn bayram günlərində şəxsi avtomobillə səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir: “Bununla yanaşı, qeyri-qanuni sərnişin daşıyan şəxslərin bayram öncəsi […]
Premyer Liqa: Bu gün daha iki oyun baş tutacaq
Misli Premyer Liqasının XVIII turunda bu gün daha iki oyun baş tutacaq. Əvvəlcə “Turan Tovuz” komandası doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq. Hazırda Tovuz klubu turnir cədvəlində 31 xalla üçüncü pillədə qərarlaşıb. Paytaxt təmsilçisi isə 16 xalla yeddincidir. Günün son qarşılaşması “ASCO […]