Astarada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Astara Elektrik Şəbəkəsinə (EŞ) daxil olan bir sıra ərazilərdə 35 kV-luq “Lovain” və “Astara” hava xətlərində aparılan təmir və budama işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar […]
Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,86 ABŞ dolları, yaxud 1,14 % azalaraq 74,26 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 72,63 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin […]
Livan ordusu En-Naamədə fələstinlilərin bazası üzərində nəzarəti ələ keçirdiyini bildirib
Livan hərbçiləri bazar ertəsi Beyrutdan 20 km cənubda yerləşən En-Naamə yüksəkliklərində Fələstin Azadlıq Xalq Cəbhəsi – Baş Komandanlığının (FAXC-BK) bazasını ələ keçiriblər. Bu barədə ordu mətbuat xidməti məlumat yayıb. “Ölkənin bütün ərazisi üzərində dövlət nəzarətinin bərpası məqsədilə hökumət tərəfindən təsdiqlənmiş təhlükəsizlik planı çərçivəsində Livan Silahlı Qüvvələrinin bölmələri Şuf dağlıq rayonunda […]
Mehriban Əliyevadan Prezidentin doğum günü ilə bağlı paylaşım – Foto
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə instaqram hesabında paylaşım edib. Hemib paylaşımı təqdim edirik: “24.12.2024. Doğum gününüz mübarək, cənab Prezident! Uca Allah Sizi və Azərbaycan xalqını qorusun!”
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.Dövlət başçısının 63 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakıda anadan olub. 1967-1977-ci illərdə paytaxtda orta təhsilini başa vurub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr […]
Vəzifəli şəxs hamamda yıxılıb öldü
Bakıda vəzifəli şəxs hamamda yıxılaraq vəfat edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xətai MKTB-nin 2 saylı mənzil-kommunal istismar sahəsinin rəisi 1962-ci il təvəllüdlü Ramiz Əliyev yaşadığı evdə dünyasını dəyişib. Belə ki, o, dekabrın 20-si saat 22 radələrində Xətai rayonu Sarayevo küçəsindəki evinin hamam otağında olarkən yıxılıb. R.Əliyevin vəfat etdiyi məlum […]
Minimum aylıq əməkhaqqı artırıldı – Sərəncam
Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, hazırda minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat təşkil edir.
Kobaxidze Prezident İlham Əliyevi təbrik edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: “Zati-aliləri. İcazə verin Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizə möhkəm cansağlığı, əmin-amalıq və uğurlar arzulayıram. Azərbaycan Respublikasının inkişafında və rifahında Sizin xidmətiniz əvəzolunmazdır. Eyni zamanda, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın güclənməsində Sizin şəxsi […]
Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul edib – YENİLƏNİB
Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib. Bildirilib ki, görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlığından irəli gələn iqtisadiyyat, enerji, kommunikasiya, regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı müxtəlif mövzular müzakirə olunub. Nazir regionda […]
Milix Yevdayev: Azərbaycan nadir dövlətlərdəndir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını yarada bilib
Azərbaycan dünyada nadir dövlətlərdən biridir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını yarada bilib. Bunu Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Din xadimlərinin forumunda “Azərbaycan multikulturalizmi: Təcrübə, ənənə və müasir çağırışlar” mövzusunda panel müzakirədə deyib. “Bu harmoniya bizi ən tolerant ölkələrdən biri kimi tanıdıb. Dördmərtəbəli yəhudi dini mərkəzinin tikintisi başa […]