Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib

Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla Ə.Əhmədzadə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə adıçəkilən ordenlə təltif olunub. Qeyd edək ki, 2006-2021-ci illərdə Əhməd Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olub. O, ötən ilin oktyabr ayında Baş […]

Ərini öldürüb meyitini hissələrə bölərək kollektora atmaqda şübhəli bilinən qadın saxlanılıb

Salyan rayonunda ərini öldürüb meyitini hissələrə bölərək kollektora atmaqda şübhəli bilinən qadın saxlanılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub. Bildirilib ki, Salyan Rayon Prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü […]

Bəzi yerlərə yağış və qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yanvarın 7-si saat 9:00-a olan məlumata əsasən hava şəraiti arabir yağıntılı keçib, dağlıq ərazilərə qar yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Lənkəranda 6, Astarada 5, Oğuz, Qəbələdə 4, Balakən, Neftçalada 3, Şamaxı, Sabirabad, Zaqatala, Bakı və Abşeron yarımadasında 2, Naxçıvan, Şərur, Ordubad, Daşkəsən, Gədəbəy, […]

Tibetdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 30-u ötüb – YENİLƏNİB

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) güclü zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb, 38 nəfər yaralanıb. Bu barədə “Xinhua” məlumat yayıb. Daha əvvəl ABŞ Geoloji Xidməti Nepal sərhədində TMR-də 7,1 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı […]

Prezidentin sağ qalan təyyarə bələdçiləri ilə görüşünün VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb. Həmin görüşün videosunu təqdim edirik:

Bu rayonlarda qaz olmayacaq

Sabunçu və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə “Azəriqaz” İB məlumat yayıb. “Ramana” QPS-də, orta təzyiqli qaz xəttində və Xətai rayonu Y.Əliyev küçəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar sabah saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu Ramana qəsəbəsi, Yeni Ramana, […]

ABŞ və Yaponiyanın nüfuzlu şirkətləri Baydeni məhkəməyə verib

Yaponiyanın “Nippon Steel” polad və Amerikanın “U.S. Steel” şirkət ləri ABŞ Prezidenti Cozef Baydenin iki korporasiya arasındakı sövdələşməni əngəlləmək qərarına görə ona və administrasiyasına qarşı birgə iddia qaldırıb. Bu barədə şirkətlərin birgə bəyanatında bildirilib. Qeyd olunub ki, Kolumbiya Dairə Apellyasiya Məhkəməsi və Pensilvaniya Dairə Məhkəməsində iki iddia qaldırılıb. Şirkətlər bildirir […]

YAP bələdiyyə seçkilərində ödənişsiz təşviqat hüququndan imtina edib

Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərində ödənişsiz təşviqat hüququndan imtina edib. Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, namizədlər üçün bütün ölkə ərazisində açıq və qapalı yerlər ayrılıb: “Bunun üçün 3 min 730 açıq, 2 min 180 qapalı görüş yeri […]

Hakan Fidan iordaniyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iordaniyalı həmkarı Ayman əl-Safadi ilə görüşüb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Qeyd edilib ki, İordaniya və Türkiyə regionda sabitlik və təhlükəsizliyin bərqərar olması üçün birlikdə fəaliyyət göstərir. H.Fidan bildirib ki, Türkiyə, İordaniya, Suriya və region ölkələri İŞİD və Kürdüstan Fəhlə Partiyasına qarşı […]