İranın Müdafiə Nazirliyinin nüvənin inkişafına məsul olan gizli agentliyi ölkənin kosmik proqramında fəaliyyət göstərir. Bu barədə Parisdə yerləşən İran Milli Müqavimət Şurasının (“National Council of Resistance of Iran”, NCRI) hesabatında deyilir. “Bir neçə ay ərzində toplanmış məlumatlar göstərir ki, İranın Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatı Şahrud və Semnan sahələrində nüvə […]
Fatih Birol “Dostluq” ordeni ilə təltif edilib
Fatih Birol “Dostluq” ordeni ilə təltif edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla F.Birol bu mükafata Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan Respublikasının sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə […]
Bir qrup gəncə Prezident mükafatı verilib
Azərbaycan Prezidenti İlham Əliyev Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilməsi barədə Sərəncam imzalayıb. Mükafata namizədlər Ekspert Komissiyasının təklifinə əsasən seçilib. Ağalarov Mircavid Elşad oğlu Əjdərli Aytac Ceyhun qızı Əzimov […]
Faytonçu Nazim insult keçirdi
Müğənni Nazim Pişiyari (Faytonçu) xəstəxanaya yerləşdirilib. Sənətçi işemik insult keçirib. Küçədə yıxılan Nazim qapalı kəllə beyin travması da alıb. O, hazırda özəl xəstəxanalardan birində müalicə alır. N.Pişiyarinin yaxınları ilə əlaqə saxlamağa çalışsaq da cavab verən olmayıb.(Lent)
Ağcabədidə evdə qumbara partladı, 5 nəfər həlak oldu – Yenilənib
Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Qeyd edək ki, hadisə barədə ilk məlumatı Tns.az saytı yayıb. *** Hadisə qəsəbə sakini M.Məmmədova məxsus […]
Nazir: Qlobal istiləşmə və iqlimin təsiri ilə ağaclarda müxtəlif xəstəliklər yaranır
Qlobal istiləşmə və iqlimin təsiri ilə ağaclarda xəstəliklər yaranır. Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, bitkilərin məruz qaldığı bəzi xəstəliklərin mənşəyi bilinməyən xəstəliklərin səbəbi araşdırılır: “Bilinən xəstəliklərə qarşı mübarizə aparılır, dezinfeksiya işləri və ağacları qorumaq üçün tədbirlər görülür. Amma elə xəstəliklər […]
Baş nazir: Azərbaycan rəqəmsal transformasiyaya və beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir
Azərbaycan rəqəmsal infrastrukturun inkişafı üzərində işləyir və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir. Bunu Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 31-də “Digital Almaty” beynəlxalq rəqəmsal forumunun plenar iclasında çıxışı zamanı bildirib.
Gürcüstan Prezidenti: Ölkədə mövcud siyasi böhran süni şəkildə yaradılıb
Gürcüstanda mövcud siyasi böhran süni şəkildə yaradılıb. Bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili İsveçrənin “Neue Zürcher Zeitung” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Gürcüstanın antiqərb siyasəti yürütməsi barədə iddialar dezinformasiyadır. “Sülhün alternativi yoxdur. Bu, ABŞ-də Donald Trampın qələbəsindən sonra daha aydın oldu. Bizim antiamerika və ya antiqərb fəaliyyətlər həyata keçirdiyimiz barədə […]
Plastik cərrahların nəzərinə: Bu gün son gündür
Bu gün plastik cərrahların sənədlərini Səhiyyə Nazirliyinə təqdim etmələri üçün son gündür. Praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, […]
Kəlbəcər, Laçın və Ağdərədə daha 6 SES tikilir
[center][img]https://azadmedia.az/uploads/posts/2025-01/1738305057_8fea5065-8250-3e8f-add8-31259c185f69_850.jpg[/img][/center] Hazırda Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 37,5 meqavat olan 6 su elektrik stansiyası tikilir. Bu barədə “AzerEnerji” məlumat yayıb. Məlumata görə, Kəlbəcər rayonunda 7,7 meqavat gücündə “Təkəqaya”, 3 meqavat gücündə “Ağçay”, 5 meqavat gücündə “Çaykənd”, Laçın rayonunda 4 meqavat gücündə “Şeylanlı”, 3,1 meqavat gücündə “Aşağı Malıbəy”, Ağdərə rayonunda […]