Spikerdən Aqil Abbasa irad: “Bu, parlament sözüdür?”

Milli Məclisin deputatı Aqil Abbas həmkarı Musa Quliyevin həkimlərlə bağlı təklifinə münasibət bildirib.  O bildirib ki, Reklam haqqında qanuna dəyişiklik yaz sessiyasının işlər planına salınmalıdır. “Mənfur Sovet dövründə mən qəzetdə işləyəndə adicə həkim haqda xoş söz demək olmazdı. Bu gün televiziyalarda əsas gəlir gətirən arvad boğuşması və həkimlərin, dərmanların reklamıdır. […]

Parlamentdə bu hərbçilərə mənzil verilməsi təklif olundu

Hərbçilərin müraciətlərinə daha diqqətlə yanaşmalıyıq. Bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidmətinin hərbçilərinə 20 il qüsursuz xidmət etsələr də mənzil verilmir, ancaq Azərbaycan Ordusunda xidmət keçənlərə bu mənzillər verilir: […]

İran Hörmüz boğazında region ölkələri ilə birgə hərbi təlimdə iştirak edəcək

İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Hərbi Dəniz Donanmasına məxsus dörd gəmi birgə təlimdə iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb. Bunu Sepahın Hərbi Dəniz Qüvvələri komandanı admiral Əlirza Tanqsiri bildirib. Onun sözlərinə görə, Hörmüz boğazında İraq da daxil olmaqla region ölkələrinin təlimi keçiriləcək: “Biz Hörmüz boğazının təhlükəsizliyini təmin edirik”.

Milli Məclisin iclası başladı – Gündəlikdə 16 məsələ var

Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilir. İclasın gündəliyinə 16 məsələ daxil edilib. Bunlar aşağıdakı məsələlərdir: 1. Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il yaz sessiyasının qanunvericilik işləri planı. 2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yaradılması haqqında. 3. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının  yaradılması haqqında.  4. “Azərbaycan Respublikası Milli […]

Terrorçu qruplaşma zərərsizləşdirildi – Rəsmi – Video

Azərbaycan Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülüb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilib ki, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə […]

Balakəndə 33 kiloqram narkotikin satışının qarşısı alınıb

Balakən rayonunda keçirilən əməliyyat nəticəsində 33 kiloqram narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb. Tədbirlərlə əvvəllər məhkum olunmuş Eşqin İsmayılov […]

Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb

Milli Məclisin sabiq deputatı Eldəniz Səlimov azadlığa çıxıb. Eldəniz Səlimovun bu gün cəza müddəti başa çatıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Qeyd edək ki, 2021-ci ilin iyul ayının 29-da keçmiş deputat Eldəniz Səlimovun Xaçmaz şəhəri ərazisində polis əməkdaşını döydüyü iddiası ilə polis orqanlarına müraciət […]

Məktəblərdə qış tətili başa çatdı

Bu gün məktəblərdə qış tətili başa çatıb. Tətil 27-31 yanvar tarixlərini əhatə edib. 5 günlük məktəblərdə ilk dərs günü bu gün, 6 günlük məktəblərdə isə fevralın 1-də başlayıb. Qeyd edək ki, qış tətilinin bitməsi ümumi təhsil müəssisələrinin hazırlıq qruplarına da şamil edilir.

Türkiyənin Azərbaycandakı yeni səfiri səlahiyyətlərinin icrasına başlayıb

Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün fevralın 1-dən səlahiyyətlərinin icrasına başlayıb. Bu barədə Türkiyən Azərbaycandakı səfirliyi rəsmi “X” hesabında məlumat yayıb. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 31-də Birol Akgünün etimadnaməsinin surətini qəbul edib. Xatırladaq ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün […]