Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti davam edəcək və küləyin sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova məlumat verib. O bildirib ki, hazırda sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. İradə İbrahimova […]
Bakıda iki avtomobil toqquşub, 3 nəfər ölüb
Bakıda ağır yol qəzası olub. Hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi “Toyota Prius” markalı avtomobil toqquşub. Nəticədə “Saipa” markalı avtomobildə olan sərnişinlər Polad Salmanov, Rövşən Hüseynov və “Toyota Prius”un sərnişini Nizami Soltanov hadisə yerində ölüb. […]
Azərbaycan XİN Şri-Lankanın Müstəqillik Gününü təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şri-Lankanı 77-ci Müstəqillik Günü münasibətilə təbrik edib. Bu barədə nazirliyin “X” hesabında paylaşım olunub. “Müstəqillik Gününüz mübarək, Şri-Lanka!”, – paylaşımda vurğulanıb.
ADY-nin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötdü
Azərbaycan Dəmir Yollarının (ADY) bu ilin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötərək ötən ilin eyni dövrünün göstəricisini 15% üstələyib. Bununla bağlı ADY məlumat yayıb. Bildirilib ki, qatarla səyahət edən xarici turistlərin sayında 40 faiz artım qeydə alınıb. Eyni zamanda, 2025-ci ilin əvvəlindən bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5355 […]
“Traktor”- “Persepolis” oyununda qarışıqlıq salmaqda şübhəli bilinən iki qadın həbs edilib
İranda Təbrizin “Traktor” və Tehranın “Persepolis” futbol klubları arasında yanvarın 26-da keçirilən oyunda iğtişaş yaratmaqda şübhəli bilinən iki qadın tamaşaçı həbs edilib. Məlumatı İRNA yayıb. Müşahidəçilərin sözlərinə görə, həbs edilən iki qadının hansı komandanın tərəfdarı olduğu ilə bağlı məlumat yayılmayıb. Bundan başqa, iğtişaş yaradaraq azərbaycanlıları təhqir edənlərin sayının iki nəfərdən […]
Tehranda bahalaşmaya etiraz olaraq ərzaq mağazaları bağlanıb
İranın paytaxtı Tehranda ərzağın bahalaşmasına etiraz olaraq sahibkarlar mağazaları bağlayıblar. Məlumatı “İran İnternational” yayıb. Bildirilib ki, Tehranın Mövləvi, Cənubi Xəyyam, Kiyam meydanında distribütörlər ərzaq məhsulları bazarında dolların bahalaşmasına, inflyasiyaya və vergilərin artmasına etiraz olaraq dükanları bağlayaraq etiraz aksiyası keçiriblər.
İlham Əliyev “Vətən” İdman Liseyində – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Tərlan Heybətov adına “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına liseydə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, “Vətən” İdman Liseyi 2022-ci ildə 126 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Birinci Qarabağ müharibəsi […]
Ermənistan XİN: İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylər davam etdirilir və sülh sazişinin hazırlanması prosesində də müsbət dinamika müşahidə olunur. Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan “Armenpress”ə müsahibəsində deyib. “Həqiqətən çox yaxın olduğumuz sülh sazişinin tamamlanmasına, müsbət dinamikanın mövcud olduğu delimitasiya prosesinin irəliləməsinə və kommunikasiyaların açılmasına yanaşmalarımız konstruktivdir və […]
Növbəti iki gündə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında və bəzi bölgələrdə fevralın 5-6-da güclü külək əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Şabran, Siyəzən, Xızı, Qusar, Qax, Şəki, Tovuz, Şəmkir, Ağstafa, Gəncə, Göygöl, Samux, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Tərtər, Qobustan, Hacıqabul, Salyan, […]
İpoteka krediti götürmək istəyənlərin NƏZƏRİNƏ!
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb. Vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq. ADİ ipoteka kreditləri üzrə: 06.02.2025-ci il tarixində saat 10:00-dan. GÜZƏŞTLİ ipoteka kreditləri üzrə: 07.02.2025-ci […]