Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Digər Sərəncamla A.Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib. Qeyd edək ki, yeni nazir Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı […]

Peskov: Putin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırmır

Rusiya Prezidenti Vladimir Putin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırmır. Bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib. “Xeyr, təyyarə qəzası mövzusunda çıxış planlaşdırılmır”, – o bildirib. Bu yaxınlarda təyyarə qəzasının araşdırılması ilə bağlı ilkin hesabat açıqlanıb. Hesabatda təyyarənin gövdəsində aşkar edilən zədələrin […]

DYP əlverişsiz havada yollarda yarana biləcək təhlükə ilə bağlı xəbərdarlıq edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava ilə bağlı sürücülərə nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edib.DYP xəbərdarlığın Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava ilə bağlı sürücülərə nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edib. da əlverişsiz hava şərtlərinin […]

Qarabağ Universitetinin Klinikası yaradılıb

Qarabağ Universitetinin tabeliyində Qarabağ Universitetinin Klinikası publik hüquqi şəxs yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanda qeyd olunub ki, Klinika Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edən, tibb sahəsində elmi tədqiqatlar aparan, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edən publik hüquqi şəxsdir. […]

Şənbə günü qar yağacaq, yollar buz bağlayacaq

Bakıda və Abşeron yarımadasında fevralın 8-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti  verilən məlumat yayıb Səhərdən yarımadanın bəzi yerlərində sulu qar yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2°-dək isti, gündüz 3°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu […]

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb

Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib. Ukrayna üçün nəzərdə tutulan humanitar yardım Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, bu məqsədlə bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb. Bu vəsait çərçivəsində göndərilən ilkin […]

Hindistan 400 PUA-nın tədarükü haqqında müqavilələri ləğv edib

Hindistan Müdafiə Nazirliyi ordu üçün 400 pilotsuz uçuş aparatının (PUA) tədarükü haqqında yerli şirkətlə bağlanmış üç müqaviləni ləğv edib.Bu barədə “The Times of India” nəşri Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, buna səbəb PUA-larda Çin istehsalı olan detalların istifadə edilməsidir. “Təəssüf ki, bəzi Hindistan şirkətləri silahlı qüvvələr […]

Rəqəmsal məktəb platforması istifadəyə verilib

Bu gündən etibarən Rəqəmsal məktəb platforması istifadəyə verilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, platformada valideyn, şagird, müəllim və direktor kabinetləri mövcuddur. Giriş üçün www.reqemsal.edu.az ünvanına keçid etmək lazımdır. Qeyd edək ki, Rəqəmsal Məktəb layihəsi ilk olaraq Bakıda test rejimində tətbiq edilir. “Sima” və identifikasiya […]

Ordubadın bütün kəndlərində bu gün qaz kəsiləcək

Ordubad rayonunun bütün kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 219 mm boruda çat yarandığı üçün təmir işlərinin aparılması məqsədilə Ordubad rayonunun bütün kəndlərində qaz təchizatında bu gün saat 13:00- dan saat 16:00-dək müvəqqəti fasilə yaranacaq. Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.