ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 0,08% artaraq 1 barelə görə 74,8 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,04% artaraq 1 barelə görə 70,74 […]
Estoniya XİN başçısı: Avropa İttifaqı ABŞ-nin iştirakı olmadan da Ukraynaya dəstək verə bilər
Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib ki, ABŞ Kiyevə yardımı dayandırarsa, Avropa İttifaqı Ukraynaya dəstəyi davam etdirmək üçün kifayət qədər maliyyə resurslarına malikdir. Nazir bunu “ERR” televiziyasına müsahibəsində deyib. “Kiyev mübarizəni davam etdirmək qərarına gələrsə, Ukraynanı dəstəkləmək üçün bizim çoxlu maliyyə resurslarımız var”, – XİN başçısı qeyd edib.
“HƏMAS” Qəzzanı Fələstin Milli Administrasiyasına təhvil verməyə razıdır
“HƏMAS” Qəzza zolağının Fələstin Milli Administrasiyasına təhvil verməyə hazır olduğunu bildirib. Bu barədə mənbələrə istinadən “Sky News Arabia” telekanalı məlumat yayıb. Qeyd olunub ki, “HƏMAS” Qahirədə danışıqlar zamanı Misirin təzyiqi ilə qəbul etdiyi qərarını Fələstin Azadlıq Təşkilatının rəhbərliyinə göndərdiyi məktubda açıqlayıb. Eyni zamanda “HƏMAS” müəyyən tələblər irəli sürüb. Belə ki, […]
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.Bu mərhələdə Cəbrayıl şəhərinə 42 ailə – 205 nəfər […]
“Uzbekistan Airways” Daşkənddən Bakıya uçuşların sayını artırır
Bu ilin aprel ayından “Uzbekistan Airways” şirkəti Daşkənddən Bakıya və əks istiqamətdə uçuşların sayını həftədə 4 dəfəyə çatdıracaq.Bu barədə aviaşirkət məlumat yayıb. “Hazırda Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə uçuşlar çərşənbə axşamı, cümə axşamı və bazar günləri həyata keçirilir. Apreldən həftəlik uçuşların sayı həftədə 4 dəfə olacaq”, – deyə məlumatda qeyd olunub.
Şolts və Paşinyan Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Almaniya Kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə ediblər. Bu barədə Ermənistanın Baş naziri məlumat paylaşıb. O bildirib ki, görüş çərçivəsində Almaniya-Ermənistan ikitərəfli gündəliyindəki əsas məsələləri, həmçinin Ermənistanın Avropa İttifaqı ilə tərəfdaşlığının perspektivlərinə diqqət çəkilib. “Ermənistan-Azərbaycan normallaşma prosesinin hazırkı mərhələsinə də toxunduq”, – Paşinyan […]
Nərimanovda beşmərtəbəli binada yanğın başlayıb
Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın baş verib. Bu haqda FHN Mətbuat xidməti məlumat yayıb Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 16-17-də Bakıda və Abşeron yarımadasında, Qobustan, Neftçala, Lerik, Yardımlı, Astara, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Oğuz, Mingəçevir, Yevlax, Kəlbəcər, Zəngilan, Laçında qərb küləyi əsəcək, […]
Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasimlərinin tarixi açıqlanıb
Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi fevralın 16-da keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub: “Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, […]
İran XİN: Suriyanın yeni rəsmilərindən mesajlar almışıq
İran İslam Respublikası dolayısı ilə Suriyanın hazırkı rəsmiləri ilə əlaqə saxlayır Bu barədə İran xarici işlər nazirinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Rza Rauf Şeybani bildirib. Onun sözlərinə görə, İran dolayı yolla Suriyanın hazırkı rəsmiləri ilə əlaqə saxlayır və Suriya rəsmilərindən də mesajlar alıb.