Sabah da qar yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlmat verilib. Bildirilib ki, gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq. Atmosfer təzyiqi […]

Yol polisi hava şəraiti ilə bağlı piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı piyadalara müraciət edib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, hazırda ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti piyadalar üçün bir sıra çətinliklər yaradıb: “Bununla yanaşı, yolların sürüşkənliyi və məhdudiyyətli görünmə səbəbindən piyadavurma hadisələrinin baş vermə ehtimalı […]

Dövlət Xidməti: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

Son dövrlərdə kibertəhlükəsizlik sahəsində qarşılaşdığımız təhdidlər daha da mürəkkəbləşib və qlobal miqyasda yayılmağa başlayıb. Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov təmsil etdiyi qurumun Bakıda keçirdiyi “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda bildirib.  O qeyd edib ki, artıq kibercinayətkarlar dövlət məlumatlarından və yaxud şəbəkələrindən […]

Rubio: Trampın dövründə İranın nüvə silahı olmayacaq

ABŞ Prezidenti Donald Trampın prezidentliyi dövründə İranın nüvə silahı olmayacaq. Bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib. “Düşünmürəm ki, burada kiminsə şübhəsi olmalıdır. Donald Trampın dövründə İranın nüvə silahı olmayacaq”, – o bildirib. Eyni zamanda, dövlət katibi qeyd edib ki, Vaşinqtonun ABŞ-nin sərəncamında olan hansı vasitələrlə İranın nüvə silahı […]

Avropanın 20 ölkəsi və Kanadadan Ukraynaya dəstək

ABŞ-ın Kiyevlə bağlı dəyişmiş siyasəti fonunda 20 Avropa ölkəsi və Kanada 3 ilə yaxındır Rusiyanın hərbi təcavüzünü dəf edən Ukraynaya yardımı davam etdirəcəklərini bəyan ediblər. Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən qeyri-rəsmi sammitdən sonra deyib: “Biz Ukraynanı dəstəkləyirik və Avropada sülh və təhlükəsizliyin təmin edilməsi üçün üzərimizə düşən bütün öhdəlikləri […]

Bu gün də Bakıda qar yağacaq – Çovğun olacaq

Ötən gün Azərbaycanın müxtəlif bölgələrində başlayan qar bu gün də davam edəcək. Bu Milli Hidrometeorologiya xidməti məlumat yayıb. Bakıda və Abşeronda qar yağacaq Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək. Güclü külək və […]

Mərkəzi prospektdə QƏZA

Nərimanov rayonu, Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Yolun buz bağlaması səbəbindən Bakı Beynəlxalq Avtovağzalın qarşısından, Bakı Dariəvi avtomobil yolu-Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Hazırda polis əməkdaşları hadisə yerindədir və yük avtomobilinin […]

Bakıda sıxlıq olan yollar açıqlanıb – SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Cəbrayıl şəhərinə növbəti köç yola salınır

Bu gün Cəbrayıl şəhərinə növbəti köç yola salınır. Bu dəfə ümumilikdə 33 ailə (183 nəfər) Cəbrayıla köçürülür. Bakı şəhərindən – 21 ailə (120 nəfər), Sumqayıt şəhərindən – 3 ailə (16 nəfər), Abşeron rayonundan – 3 ailə (13 nəfər), Biləsuvar rayonundan – 2 ailə (11 nəfər), Xaçmaz rayonundan – 1 ailə […]