Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğana zəng edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə […]

Bakıda şadlıq evinin fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakıda fəaliyyət göstərən “İdeal” şadlıq evinin fəaliyyətini dayandırıb.  Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 ünvanında yerləşən “İdeal” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində […]

Ərdoğan Xocalı qurbanlarının xatirəsini yad edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsini yad edib.Bu barədə Türkiyə Prezidenti öz sosial media hesabında paylaşım edib. “Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxşı və pis gündə bir […]

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.Dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar. Qeyd edək ki, […]

İsveç səfirliyi: Xocalı faciəsi qurbanları ilə bağlı Azərbaycan xalqının kədərini bölüşürük

İsveçin Bakıdakı səfirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib. Bu barədə paylaşım səfirliyin sosial şəbəkədəki səhifəsində yerləşdirilib. “Bu gün biz 1992-ci ildə Xocalı hadisələri zamanı öz yaxınlarını itirmiş azərbaycanlıların kədərini bölüşürük”, – qeyd olunub.

Nazir: Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq

Səhiyyə naziri Teymur Musayev plastik cərrahların fəaliyyətinin yoxlanılması ilə bağlı görülən işlər barədə məlumat verib. Bu barədə jurnalistlərə açıqlama verən nazir xatırladıb ki, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət Komissiyası yaradılıb. O qeyd edib ki, indiyə qədər komissiyanın beş iclası keçirilib: “Ümumilikdə, 96 plastik […]

DİM-dən abituriyentlərə müraciət: qeydiyyat başa çatır

Dövlət İmtahan Mərkəzi (DİM) martın 16-da I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirəcək. DİM-dən bildirilib ki, bu imtahan ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır. İmtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur. İmtahana qeydiyyat bu gün saat 23:59-dək […]

Prezidentlə xanımı “Ana harayı” abidəsində

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər. Dövlətimizin başçısı Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad […]

Xocalıda bayraqlar yarıya qədər endirildi – FOTO

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər aşağı salınıb.Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xankəndi şəhərində, Xocalı və Ağdərədə inzibati binaların qarşısında ucaldılan dövlət bayraqları yarıyadək endirilib. Bu gün saat 17.00-da isə Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Pakistan səfiri: Xocalı soyqırımının ildönümündə Azərbaycanla həmrəyik

Pakistanın Bakıdakı səfiri Qasım Mohiuddin Xocalı soyqırımının ildönümündə Azərbaycanla həmrəy olduğunu bildirib. Müvafiq paylaşım diplomatın “X” sosial şəbəkəsindəki səhifəsində paylaşılıb. “Pakistan Azərbaycanla həmrəydir və Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir”, – paylaşımda deyilir. Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın […]