8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar təhsil müəssisələrinə təlimat göndərilib. Təhsil müəssisələrinin rəhbərlərinə təlimata əməl olunmasının zəruriliyi vurğulanıb, müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, Bakıda yerləşən orta məktəblərin rəhbərləri ilə görüş keçirilib. Qarşıdakı dövr üçün nəzərdə tutulan bir sıra məsələlərə nəzarətin artırılmasının, o cümlədən qurumlararası və daxili kommunikasiyanın […]
Azərbaycan XİN Dominikanı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Dominikanı milli bayramı münasibətilə təbrik edib. Bu barədə XİN-in “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib. “Dominikan Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edirik”, – paylaşımda qeyd olunub.
Zəngilanda ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilir
Zəngilan şəhərində işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilir. “Report”un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.
Ramazan ayının – Təqvimi
Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanlar İdarəsi Ramazan ayı ilə bağlı fətva verib. Fətvada Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcəyi bildirilib. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi […]
Bakıda daha bir nəfər spirtli içkidən öldü
Bakıda daha bir nəfər qəbul etdiyi spirtli içkidən zəhərlənərək ölüb. Fevralın 26-sı saat 19 radələrində Səbail rayonu A.İsmayılov küçəsində yaşayan 1970-ci il təvəllüdlü Z.Əliyev spirtli içkidən zəhərlənib. O, yaşadığı evdə vəfat edib. Z.Əliyevin hansı növ spirtli içki qəbul etdiyi məlum deyil. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək […]
Assosiasiya: “Qiymətli kağızlar bazarı haqqında” yeni qanun hazırlanır
Azərbaycanda “Qiymətli kağızlar bazarı haqqında” yeni qanun hazırlanır. Bunu “Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası” (AFBİA) İctimai Birliyinin sədri Murad Yəhyayev bildirib. “Hazırda qüvvədə olan 2015-ci ildə qəbul edilib. Bu günə qədər ona müəyyən əlavə və dəyişikliklər edilib. Ancaq bu qanun bazarın, müasir dövrün tələblərinə nə dərəcədə cavab verir, hazırda bunun […]
Azərbaycan Prezidenti Ərdoğanı yenidən AK Partiyə sədr seçildiyinə görə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Türkiyə Respublikasının ictimai-siyasi həyatında və dövlət idarəçiliyində artıq 25 ilə yaxın bir dövr ərzində müstəsna yer tutan, daim yenilənməkdə, inkişafda və yüksəlişdə olan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Böyük Qurultayında […]
İsmayıllıda zəlzələ olub
Qəbələ stansiyasından 19 km cənubda İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Maqnitudası 3,3 olan təkanlar 46 km dərinlikdə olub.
Dövlət saytlarına kütləvi hücumlar edilir – RƏSMİ
Bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) məlumat verilib. “Dövlət Xidməti kiberhücumların qarşısının alınması və dövlət informasiya ehtiyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zərərli trafikin təmizlənməsi istiqamətində işləri davam etdirir. Bununla bağlı bəzən real ip ünvanlar da […]
Bakıda müğənninin ailəsində FACİƏ – Anası və nənəsi dəm qazından öldü
Müğənni İlkin Fuadın ailəsində faciə yaşanıb. Bu barədə müğənni öz sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, müğənninin anası və nənəsi vəfat edib. “Qafqazinfo” saytı isə bildirib ki, fevralın 25-i saat 23 radələrində 1938-ci il təvəllüdlü Südabə Səməd qızı İsmayılova və qızı 1962-ci il təvəllüdlü Sevda Həsrət qızı Əhmədova yaşadıqları […]