Sabah qar yağacaq, gecə və səhər bəzi yollar buz bağlayacaq

Bakıda və Abşeron yarımadasında martın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,  Ayın 1-dən 2-nə keçən gecə bəzi yerlərdə az qar yağacağı ehtimalı var, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 1-4° isti olacağı gözlənilir. Atmosfer […]

Azərbaycanda “Barselona” klubunun akademiyası yaradılacaq

Azərbaycanda İspaniyanın “Barselona” klubunun futbol akademiyası yaradılacaq. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Barselona” klubunun prezidenti Xuan Laportanı qəbul edərkən bildirilib. Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. […]

Rusiyadan Ukraynaya dron hücumu: ölənlər və yaralananlar var

Rusiya ordusu ötən gecə Ukraynaya pilotsuz təyyarələrlə hücum edib, xüsusən də Odessa vilayəti və Xarkov vurulub, itki və dağıntılar var. Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Məlumata görə, fevralın 28-i axşam saatlarında Odessa və Odessa vilayətində hava həyəcanı elan edilib. Şəhərdə partlayış səsləri eşidilib. Monitorinq kanalları bildiriblər ki, ruslar Primorsk-Axtarsk […]

Ceyhun Bayramovla Pakistanın Baş naziri arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, nazirlər iki dost və qardaş ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bir çox […]

Azərbaycanın voleybol çempionatlarında növbəti oyunlar keçiriləcək

Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqalarında növbəti oyunlar keçiriləcək. Kişilərin mübarizəsində XIII turun matçında “Gənclər” “Murov Az Terminal”la üz-üzə gələcək. Sumqayıt Olimpiya Kompleksində təşkil ediləcək görüş saat 16:00-da başlayacaq. Ötən gün açılış qarşılaşmasında “Neftçi” MOİK-i məğlub edib 3:0. Qadınların yarışında isə XIV tura “Gəncə” – UNEC oyunu ilə start […]

Bakıda və Sumqayıtda dəm qazından boğulanlar var

Bakının Nəsimi rayonununda dəm qazından ölüm hadisəsi baş verib. Natiq Şahbazov küçəsi ev 5 ünvanında yaşayan Mikayılov Əfqan Qalib oğlu dəm qazından zəhərlənərək ölüb. Sumqayıtda isə 17 yaşlı oğlan dəm qazından ölüb. İnşaatçılar prospektində yaşayan 2008-ci il təvəllüdlü Ə.E. Məmmədov dəm qazından boğulub. Hər iki faktla bağlı araşdırma aparılır.

DYP-dən səfərə çıxan sürücülərə MÜRACİƏT

Sinoptiklərin məlumatına əsasən əlverişsiz hava şəraitinin martın 2-dək davam edəcəyi, sulu qar, qar yağacağı, yolların buz bağlayacağı gözlənilir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin səfərə çıxan sürücülərə müraciətində qeyd edilib. Bildirilib ki, Ötən həftədən yağan qarın yollarda yaratdığı çətinliklər fonunda qeyri-sabit hava şəraitinin davam etməsi hərəkəti iştirakçılarından daha da […]

İstanbulda tarixi görüş – Rusiya ABŞ-la razılığa GƏLDİ

Fevralın 27-də İstanbulda Rusiya və ABŞ diplomatları arasında keçirilən görüşdə iki ölkənin diplomatik missiyalarının fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub. Görüş zamanı tərəflər arasında razılaşmalar əldə edilib. Görüş İstanbulda, Arnavutköy bölgəsində, Bosfor sahilində yerləşən ABŞ-ın baş konsulunun iqamətgahında keçirilib. Təxminən altı saat yarım davam edən müzakirələr mediaya qapalı şəkildə baş […]

Xorvatiyanın Baş naziri: “Zaqreb və Bakı ticarət və investisiyaların həcmini artırmağı hədəfləyib”

Xorvatiya-Azərbaycan biznes forumu Bakı və Zaqreb arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç sosial şəbəkə hesabında yazıb. “Xorvatiya-Azərbaycan iqtisadi forumu ərəfəsində ölkəmizdə səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirdik. Yaxşı səviyyədə olan siyasi və iqtisadi əlaqələri müzakirə etdik, məqsədimiz ticarət və investisiyaların həcmini daha […]