Azərbaycanda fəaliyyət göstərən siyasi partiya nümayəndələri, politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə səfər çərçivəsində Prezident Administrasiyasının təşkilatçılığı ilə Xankəndi, Əsgəran və Xocalıya yola düşüblər. Səfərdə Xankəndinin görməli yerlərinin, Əsgəran qalasının və Xocalının ziyarət olunması nəzərdə tutulur. Qeyd edək ki, Prezident […]
Avropa “müşahidəçi”ləri Zəngilanla sərhəddə – Rəsmi Bakı diqqətlə İZLƏYİR
Avropa İttifaqının (Aİ) Ermənistandakı avantürist “sərhəd missiyası” bu dəfə şərti sərhədin Zəngilan istiqamətində görünüb. Bir qrup müşahidəçi binoklla Azərbaycan ərazilərini müşahidə ediblər. Qeyd edək ki, Azərbaycan tərəfi təxribatçı “müşahidə missiyası”nın fəaliyyətini, hər addımını diqqətlə izləyir. Xatırladaq ki, Aİ müşahidəçiləri Ermənistanda 2023-cü ildə 2 il müddətinə yerləşdirilib, onların səlahiyyət müddəti 2025-ci […]
Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubu ünvanlayıb. Məktubu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva martın 5-də Bakıda “Konstitusiya və Suverenlik” ili çərçivəsində keçirilən 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə oxuyub. Məktubda deyilir: […]
İmtahanla bağlı valideynlərə XƏBƏRDARLIQ
“İmtahan nəticələrinin uğursuz olması bəzi valideynlər tərəfindən uşaqlarına həyatlarının məhvi kimi təqdim edilir. Bu yanaşma gəncin psixologiyasına ciddi təsir göstərir və onun emosional sabitliyini pozur”. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabındakı canlı yayım zamanı nazirliyin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib. Onun sözlərinə görə, […]
“Qırmızı Xaç” Azərbaycanda fəaliyyətini dayandırır? – AÇIQLAMA
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin bağlanması ilə bağlı məlumat yayılıb. Komitədən bildirilib ki, Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda quruma məlumat verib: “Hazırda hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. Bu dialoq bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir”(Modern.az)
IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılır
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi […]
Hökumət parlamentə hesabat verməyə HAZIRLAŞIR
Nazirlər Kabineti gələn həftə 2024-cü ildə fəaliyyəti haqqında hesabat təqdim edəcək. Hesabatın qanunverici orqanının martın 14-də keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxarılacağı nəzərdə tutulub. Hesabatda hökumətin ötən il gördüyü işlər, Nazirlər Kabenetinin fəaliyyəti yer alacaq. Modern.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, hesabatı Baş nazir Əli Əsədov […]
Xocavənddə hərbi sursat partlayıb, xəsarət alan var
Xocavənddə hərbi sursat partlayıb, xəsarət alan var. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursat partlayıb. Nəticədə Füzuli rayonunun Aybasanlı kənd sakini, 2002-ci il təvəllüdlü Əli Ələhbər oğlu Sadıqov əlində əl […]
İlham Əliyev Ankaraya işgüzar səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlib. Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlət başçısını Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər qarşıladılar.
DYP sürücülərə müraciət etdi
Sükan arxasında məsuliyyətsizlik ağırlıq dərəcəsi yüksək olan yol qəzalarına zəmin yaradır. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumatı yayıb. Qeyd olunub ki, görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də yorğun, yuxusuz halda sükan arxasına əyləşən, yaxud avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərə vərdişkar olan sürücülərə rast gəlinir. […]