Bakının üç rayonunda qaz olmayacaq

Bu gün Bakının Xətai, Yasamal və Xəzər rayonlarının bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Xətai rayonu, M. Hadi küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Yasamal rayonu, İzmir küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Xəzər rayonu, “Türkan-1” […]

Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğında bir nəfər xəsarət alıb

Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğında bir nəfər xəsarət alıb. TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 12:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən Reabilitasiya Mərkəzində yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım […]

Azərbaycan və Gürcüstan XİN başçıları regional məsələləri müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. İki ölkə arasında ali və yüksək […]

İşğal olunmuş Zəngəzur – bu bölgədən yolun, kəmərin keçməsi də uzaqda deyil – ŞƏRH

Azərbaycan türklərinin imperiyaları dağıldıqdan sonra torpaqlarında irili-xırdalı dövlətlər quruldu. Bu zaman türklərin tarixi, qədim yurd yerləri də parçalandı. Ayrı-ayrı ölkələrin tərkibinə qatıldı. Azərbaycana aid həmin ərazilərdə bölgəyə aidiyyəti olmayan gəlmə, köçürülmə etnik qruplara aid dövlətlər quruldu.Bununla da Azərbaycanla Türk dünyası, özəlliklə tarixi Osmanlı dövləti, onun varisi Türkiyə ilə sərhədlərdə türk […]

Ermənistan silahlı qüvvələrinin generalı Azərbaycana qarşı döyüşdüyünü məhkəmədə etiraf edib

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib. O, ifadəsində hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan ordusunun tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vuruşduğunu […]

“Formula 1”: Azərbaycan Qran-prisi üçün paddokun yenidən qurulmasına başlanıb

Bu il keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində paddokun yenidən qurulmasına başlanıb. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb. Paddok həmişəki kimi Neftçilər prospekti, Hökumət evinin qarşısında quraşdırılır. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edir, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü […]

Sabah Bakıda 17 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Əsasən, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-55 […]

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən şəxslərdən Arayik Harutyunyan, Lyova Mnaksakanyan və Vasili Beqlaryan sərbəst ifadə veriblər. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun […]

Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç yola düşüb. Həsənriz kəndinə bu gün yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir. Doğma yurdlarına köçürülən Həsənriz sakinləri ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, Həsənriz kəndinə martın 3-də 91 nəfərdən ibarət 25 ailə […]